Jirinovskinin oğlu ABŞ-dan foto paylaşdı – Rusiyada aləm bir-birinə dəydi

    18

    Rusiya Liberal Demokratik Partiyasının lideri, Vladimir Jirinovskinin oğlu, deputat İqor Lebedev özünün Facebook səhifəsində ABŞ-ın Mayami-Biç şəhərində çəkdiyi şəkilləri paylaşıb.

    Hurriyyet.org aznews.az-a istinadən xəbər verir ki, bu paylaşım Rusiyanın bəzi siyasətçiləri tərəfindən qınanılıb.

    İqor paylaşdığı şəkillərə “Mayami, səni sevməyə dəyər” cümləsini də əlavə edib.

    “Bütöv Rusiya” fraksiyasının lideri Sergey Neverov şərhdə yazıb ki, hazırda Rusiyada “region həftəsi” keçirilir. “O, öz seçiciləri ilə görüşməlidir. Ancaq deyəsən Xabarovsk, ya da Smolensk onun olduğu yerdən çox uzaqdır”.

    Lebedev isə bu şərhə görə özünü itirməyib: “Mayami seçki dairəsi kimi bizim fraksiyanın deputatlarının dairəsinə “birləşdirilib”.

    Ekspertlərin fikrincə, Jironovskinin oğlu ABŞ dalğalarında vaxtını keçirmək əvəzinə öz dairəsində seçiciləri ilə görüşməlidir: “Çox böyük ehtimalla Dövlət Dumasının spikeri bu olaya öz münasibətini bildirəcək, ancaq İqor “izi” silməyə cəhd göstərib”.

    Mənbə yazır ki, İqor doğrudan da bəzi fotoları sosial şəbəkədən yığışdırıb.

    Jurnalistlər bu paylaşıma görə İqor Lebedevə zəng etsələr də cavab ala bilməyiblər. LDP-dən isə Jirinovskinin oğlunun belə şıltaqlığına rəsmi münasibət bildirilməyib.

    image description