Jirinovskidən Lukaşenkoya çağırış – Namizədliyini geri götür

132

Rusiya millətçilərinin lideri, Liberal-Demeokrat partiyasının sədri Vladimir Jirinovski Belarus rəhbəri Aleksandr Lukaşenkonu qarşıdan gələn prezident seçkilərində namizədliyini geri götürməyə çağırıb.

Jirinovski Belarus lideri üçün ən yaxşı yolun yarışdan çəkilmək olduğunu deyib: “Çünki artıq vətəndaşlar onu prezident kimi görmək istəmirlər. Heç olmasa əvvəldən seçkilərə buraxmadığı namizədləri qeydə alsın, ondan sonra avqustun 9-da onlarla birlikdə yarışsın. Mən inanıram ki, ölkə yeni prezident seçəcək və o da məğlubiyyətlə barışacaq. Bu, bütün Belarus əhalisini sakitləşdirə bilər. Hərçənd biz qalan namizədlərin real proqramlarının nədən ibarət olduğunu bilmirik”.

A.Lukaşenko avqustun 9-da keçiriləcək seçkilərdə qalib gələrək 6-cı dəfə ölkəyə rəhbərlik etmək niyyətindədir.

A.Lukaşenkoya qarşı Belarus tarixində görünməyəcək dərəcədə çoxminli mitinqlər keçirilir. \\Teleqraf