Jirinovski: Bu torpaqlar Belarusa verilməlidir

105

Rusiya Liberal Demokrat Partiyasının (RLDP) lideri Vladimir Jirinovski Litvanın Minsklə bağlı mövqeyini təndiq edib.

RLDP lideri Vilnüsun özünü həddən artıq aktiv apardığını bildirib.

“Demək olar ki, Lukaşenkosuz Belarusun bölünməsi barədə açıq danışırlar. Reç Pospolitanı xəyal edirlər. Litva hazırda 1938-ci il konstitusiyası ilə yaşayır və o zaman ölkə paytaxtı Vilnüs deyil, Kaunas idi. 1989-cu ildən bəri Litvada “desovetizasiya” aparılır. O zaman tarixi revizionizmdən söhbət getmişkən, Litva məsləhət naminə götürməməli, Vilnüs və Klaypedanı Belarusa verməlidir”, – deyə Jirinovski bildirib. \\Axar