“Jeep Wrangler” qəza törətdi – Xəsarət alan var

    21

    Paytaxtın Nərimanov rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

    Hurriyyet.org “Report”a istinadən xəbər verir ki, “Jeep Wrangler” markalı avtomobilin sürücüsü Atatürk prospektində nişanın tələbinə məhəl qoymayaraq köməkçi yoldan əsas yola çıxıb.

    Nəticədə o, əsas yol ilə hərəkətdə olan “Mercedes” markalı avtomobilə çırpılıb.

    “Mercedes”in sürücüsü xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

    Qəza nəticəsində hər iki avtomobil deformasiyaya uğrayıb. Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib.

    Faktla bağlı avtotexniki ekspertiza təyin edilib.