İzmirdə binaların uçmasına görə 9 nəfər HƏBS EDİLDİ

51

Türkiyənin İzmir şəhərinin Seferihisar rayonunda meydana gələn 6,6 ballıq zəlzələdə uçan binaların podratçıları və tikintiyə məsul şəxslər daxil olmaqla 11 nəfərdən 9-u həbs edilib.

Digər 2 nəfərin də saxlanılması istiqamətində işlər davam etidirilir.

Qeyd edək ki, zəlzələdən sonra İzmir şəhər prokurorluğu tərəfindən cinayət işi açılıb.

Zəlzələdə 91 nəfər ölüb, 994 nəfər xəsarət alıb. Hadisə zamanı 20 bina çöküb, 26-sı isə qəzalı vəziyyətə düşüb. Qəzalı vəziyyətdə olan binaların da sökülməsinə qərar verilib. /Open.az