İyun ayının pensiyaları TAM ÖDƏNİLDİ

141

Respublika üzrə iyun ayının bütün pensiya ödənişləri başa çatdırılıb.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya şöbəsinin rəhbəri Fazil Talıbov məlumat yayıb.

Onun sözlərinə görə, iyunun 9-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu və Naxçıvan MR üzrə əmək pensiyalarının (407 298 pensiyaçı) ödənişi, bu gün isə respublikanın digər şəhər və rayonları üzrə, həmçinin hərbi qulluqçular və xüsusi rütbəli şəxslər üzrə pensiyaçıların (857 092 pensiyaçı) iyun ayı üzrə ödənişi onların bank hesablarına köçürülüb. //Publika