Ərdoğan ilk xarici səfərini Azərbaycana edəcək

    6

    Hurriyyet.org xəbər verir ki, 24 iyun seçkilərindən sonra yenidən Türkiyə prezidenti adına layiq görülən Rəcəb Tayyib Ərdoğan yeni prezidentlik dövründə ilk rəsmi səfərini iyulun 10-da, Azərbaycana edəcək.

    İyulun 9-da R.T.Ərdoğanın andiçmə mərasimi keçiriləcək. Mərasimdə xaricdən 22 nəfər prezident, 17 nəfər baş nazir, vitse-prezidentlər, parlament sədrləri iştirak edəcəklər.

    Bu möhtəşəm mərasimin ertəsi günü Ərdoğan prezident qismində ilk səfərlərini Azərbaycana və Şimali Kipr Türk Respublikasına edəcək.

    Hurriyyet.org