İvanka Tramp sonradan sildiyi paylaşmada nə yazmışdı?

573

İvanka Tramp etirazçıları “patriot” adlandırdığı yazısını silib

Hurriyyet.org xəbər verir ki, ABŞ-da Prezident Donald Trampın tərəfdarlarının Konqresin binasına hücum eləməsi ilə əlaqədar Trampın “Letfən paytaxt polisini və asayiş təşkilatımızı dəstəkləyin” yazısından sonra prezidentin qızı İvanka Tramp etirazçıları “patriot” adlandırdığı yazısına görə etirazla qarşılaşdıqdan sonra paylaşmasını silib.

ABŞ Konqresinin binasının dörd saat ərzində ələ keçirilməsindən sonra getdikcə artan etiraz nümayişləri zamanı ABŞ Prezidenti Donald Tramp etirazçılara “Evinizə qayıdın” çağırışı edib: “Lütfən paytaxt polisini və asayiş təşilatımızı dəstəkləyin. Onlar həqiqətən də ölkəmizin arxasındadırlar”.

İvanka Tramp atasının “Tvitter”dəki statusunu paylaşaraq “Amerika vətənsevərləri” sözlərini işlədərək yazıb: “Zorakılıq dərhal dayandırılmalıdır. Lütfən sülhsevər olun”. Yazıya edilən etirazlardan sonra İvanka Tramp onu silib.