İvanka Tramp ifadə verdi

336

Hurriyyet.org xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın qızı və müşaviri olan İvanka Tramp atasının 2017-ci ildəki andiçmə mərasimi üçün toplanan puldan sui-istifadə edilməsinə dair istintaq çərivəsində Vaşinqton rayon prokurorluğunda ifadə verib.

ABŞ mətbuatında yayılan xəbərə görə, yanvar ayında Vaşinqton Prokurorluğu qeyri-kommersiya təşkilatı tərəfindən toplanan 1 milyon dollardan artıq puldan 2017-ci ildəki andiçmə mərasimi üçün Vaşinqtondakı Tramp otelində tədbir keçirilməsi üçün “həddən artıq çox xərcləməklə” sui-istifadə edilməsi iddiası ilə Tramp Təşkilatına və Prezident Adiçməsi Mərasimi Komitəsinə qarşı cinayət işi qaldırıb.