İvanişvili Gürcüstanın hakim partiyasının sədri seçildi

    18

    Bidzina İvanişvili Gürcüstanın hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyasının sədri seçilib.

    Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, bu barədə qərar partiyanın bu gün keçirilmiş V qurultayında qəbul olunub. B.İvanişvili partiyanın yüksək vəzifəsinə yekdilliklə seçilib.

    Qurultayda baş nazir Giorgi Kvirikaşvili, parlament sədri İrakli Kobaxidze, Tbilisi meri Kaxa Kaladze, hökumət rəsmiləri və beynəlxalq təşkilatların nümayəndələri iştirak edib.

    Qurultayda “Gürcü Arzusu”nun yeni Siyasi Şurası da formalaşdırılıb.

    Qeyd edək ki, “Gürcü arzusu” Partiyasının yaradıcısı milyarder B.İvanişvili 2012-ci ildə parlament seçkilərindən sonra Gürcüstanın baş naziri olub. Bir ildən sonra o, öz istəyi ilə vəzifəsindən istefa verərək siyasətdən getdiyini bəyan edib. “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyasının əvvəlki sədri baş nazir Giorgi Kvirikaşvili idi. O, ötən ayın sonunda partiya sədri vəzifəsini tərk edib. (APA)