İTV Samirənin “Eurovision” mahnısını seçdi

9

İctimai Televiziya Azərbaycanı “Eurovision 2020” beynəlxalq mahnı müsabiqəsində təmsil edəcək müğənni Samirə Əfəndinin ifa edəcəyi mahnını müəyyənləşdirib.

Hurriyyet.org xəbər verir ki, bu barədə "İnfe Azerbaijan" səhifəsi məlumat yayıb.

Bidlirlib ki, Samirə Əfəndi Niderlandda keçiriləcək müsabiqədə “Cleopatra” kompozisiyası ilə çıxış edəcək.

Mahnıya çəkilən ekran işi yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq.

Qeyd edək ki, hər iki mahnının demo versiyası internetdə qeyri-rəsmi şəkildə yayılmışdı.