İTV-nin yeni baş direktoru: “Kadr islahatları aparılacaq, bacarığı olanlar narahat olmasın”

    6

    "Müasir Azərbaycana müasir televiziya lazımdır. Məqsədimizə çatmaq üçün əlimizdən gələni edəcəyik".

    Hurriyyet.org xəbər verir ki, bunu İTV-nin yeni seçilmiş baş direktoru Balakişi Qasımov deyib.

    Onun sözlərinə görə, telekanalda kadr islahatları gözlənilir: "Lakin çalışmaq istəyən, çalışmağı bacaran insanlar narahat olmasınlar".

    B. Qasımov qeyd edib ki, bütün planları həyata keçirmək üçün müəyyən vaxt lazım olacaq: "Ancaq qısa müddətdə tamaşaçıları dəyişiklikləri hiss edəcəklər"./apa/