İTV-nin əməkdaşlarında koronavirus aşkarlandı

87

“İTV-də də koronavirusla yoluxma şübhəsi olan əməkdaşlarla bağlı test verilib və onlardan ikisində nümunələr pozitiv çıxıb. Hazırda həmin şəxslər həkim nəzarətində müalicə alırlar”.

Bu barədə İctimai Televiziyanın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aynurə Asimqızı bildirib.

Qeyd edib ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti pandemiya elan edilən gündən etibarən şirkətdaxili gücləndirilmiş qoruyucu tədbirlər həyata keçirməkdədir.

“Operativ Qərargahın bununla bağlı təlimatlarına uyğun olaraq şirkətin inzibati binası mütəmadi dezinfeksiya edilir, binaya daxil olan hər kəsin bədən hərarəti ölçülür, hər kəs xüsusi dezinfeksiyaedici mayelərlə və qoruyucu maskalarla təmin edilir”.