İttiham hədəfi olan Ali Attestasiya Komissiyasının sədri DANIŞDI – “Bəli, “Port Baku”da mənzilim var”

126

Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev  “Korrupsiya Ali Attestasiya Komissiyasını da “yeyir” – FAMİL MUSTAFAYEV PROFESSORA 20 MANAT QONORAR YAZIB” başlıqlı yazıya münasibət bildirib.

Saytımıza açıqlamasında Famil Mustafayev Ali Attestasiya Komissiyasının Ekspertlət Şurasının üzvlərinin elmi ad almaq üçün yazılan elmi işlərə rəy yazan alimlərə 20 manat qonorar yazilmasını belə izah edib: “Burada söhbət bir saat üçün nəzərdə tutulan qiymətdən gedir. Əgər bir nəfər ayda 1 saat gəlibsə, bu qədər yazılır. Burada vergi, sosial müdafiə və kart xərcləri də var. Ekspert Şurasının üzvlərindən eləsi olub ki, 300 manat alıb”.
Famil Mustafayev “Port-Baku”da mənzil sahibi olması barədə yazdıqlarımızı isə təsdiqləyib: “Bəli, mənim “Port-Baku”da mənzilim var və orada yaşayıram. Amma oğlumun “Bentley” maşını yoxdur”.

Sonda onu da qeyd edək ki, yazıda adıçəkilən professor Məsud Mahmudov redaksiyamızla əlaqə saxlayaraq, Ekspertlər Şurasında ictimai əsaslarla çalışdığını iddia edib. /gununsesi.org/