İtkin alpinistlər sağdır: “Whatsapp” qrupundan özləri çıxdılar? – FOTOFAKT – YENİLƏNİB

    21

    "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz itkin düşən alpinistlərin “Whatsapp” hesablarının ümumi qrupdan çıxma faktına münasibət bildirib.

    Hurriyyet.org bildrir ki, publika.az-a açıqlama verən O.Gündüz hadisənin iki halda baş verə biləcəyini deyib:

    “Ümumi qrupdan çıxmaq funksiyasını iki nəfər istifadə edə bilər: şəxsin özü və qrupun admini. “Whatsapp” özü belə müdaxilə edə bilməz. Texniki problemlər də ola bilər”.

    O.Gündüz məslə ilə bağlı daha geniş araşdırma aparacağını və bu barədə dolğun məlumat verəcəyini bildirib.

    ***

    Dekabrda itkin düşən alpinistlər – Babur Hüseynov, Namin Bünyatov və Fəridə Cəbrayılzadənin eyni gündə “Whatsapp” qrupundan çıxdığı görülüb.

    Hurriyyet.org metbuat.az-a istinadən xəbər verir ki, bunu itkin düşən alpinistlərdən olan Baburun yaxın dostu, tanınmış aparıcı Cəlalə Nəzəroğlu “Facebook” statusunda qeyd edib. Onun sözlərinə görə, itkin alpinistlərin hər üçünün aprelin 25-də “Whatsapp” qrupundan çıxdığı görülüb.

    Qeyd edək ki, “Gilavar” Hava və Ekstrem İdman Klubunun üzvü olan 3 nəfər dekabrın 23-də Xınalıqdan Tufandağ istiqamətinə yollanıb. Dekabrın 26-da qayıtmalı olan alpinistlərdən məlumat almaq mümkün olmayıb.

    İdmançıların yaxınları bildiriblər ki, Şahyaylaq – Mahmuddərə marşrutu üzrə hərəkət edərkən onlarla əlaqə kəsilib.