İtaliyadakı abbatlıqdan oğurlanan XIX əsrin rəsm əsəri Texas ştatında aşkarlanıb

72

Miqrasiya və Gömrük Nəzarəti Xidmətinin (ICE) nümayəndələri ABŞ-ın Texas ştatında İtaliyadakı abbatlıqdan oğurlanan XIX əsrə aid rəsm əsərini aşkarlayıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Dallas şəhərində aşkarlanan rəsm əsəri 2002-ci ildə İtaliyanın şimal-şərqində yerləşən Sesto-al-Regena kommunasındakı Santa-Mariya-in-Silvis abbatlığından oğurlanıb.

Hakimiyyət orqanlarının məlumatına görə, söhbət italiyalı rəssam Cüzeppe Pappininin 1851-ci ildə çəkdiyi “Müqəddəs Məryəmin ucalması” adlı rəsm əsərindən gedir.

Milli Təhlükəsizlik Məsələləri üzrə Gömrük Xidmətinin Dallas şöbəsi sənət əsərini 2019-cu ildə Roma şəhərindəki nümayəndəsinin göndərdiyi məlumatlar sayəsində izləyə bilib. Agentlər rəsmin 2015-ci ildə Dallasda yaşayan və onun oğurluq olduğunu bilməyən kolleksiyaçı tərəfindən satın alındığını müəyyən edib.

Kolleksiyaçı rəsmin oğurluq olduğunu bildikdən sonra İtaliyadakı monastıra qaytarılması üçün onu könüllü olaraq polisə təhvil verib.