İtaliyada da neft emalı zavodu partladı

    24

    İtaliyanın şimalında “Eni” neft-qaz şirkətinin neft emalı zavodunda partlayışla müşayiət olunan yanğın baş verib.

    Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, bu barədə Sannadzaro de Burqundi şəhər administrasiyası məlumat yayıb.

    Bildirilib ki, hadisə səhər saatlarında qeydə alınıb. Vəziyyət nəzarət altındadır, xəsarət alanlar yoxdur.

    Hadisə yerinə yanğınsöndürənlər, təcili tibbi yardım briqadaları və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

    Hadisənin baş vermə səbəbi araşdırılır.