İtaliyada klub prezidenti koronavirusa YOLUXUB

33

İtaliya A seriyasında daha bir koronavirusa yoluxma faktı aşkarlanıb.

“Verona”nın prezidenti Maurisio Setti də infeksiyaya yoluxub.

Klub rəhbərində xəstəliyin ilk simptomları da özünü göstərib. O, evində özünü təcrid edib.

Qeyd edək ki, daha öncə İtaliya milisinin baş məşqçisi Roberto Mançini, “Roma”nın hücumçusu Edin Dzeko və “Latsio”nun bir qrup oyunçusu koronavirus infeksiyası aşkarlanıb. \\Apasport