İtaliyada 2 avroya evlər satılır

51

İtaliya hökuməti Sambuka di Siciliyada 2 avrodan başlayan qiymətlərlə ev satışını həyata keçirməyi planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə “Idealista” portalı məlumat yayıb.

Məqsəd həmin ərazilərdə demoqrafik göstəriciləri yüksəltməkdir. Proqrama cəmi 15 binanın daxil edilməsi planlaşdırılır. Onda iştirak şərtləri eyni olaraq qalır – alıcılar üç il ərzində binaları öz hesablarına bərpa etməli olacaqlar. Onlardan da yerli xəzinəyə 5 min avro əmanət qoymaq tələb olunur – təmir sonunda geri qaytarılacaq.

Qeyd edək ki, əvvəllər bələdiyyə oxşar bir satış keçirmişdi və o zaman qiymət rəmzi olaraq 1 avro idi.