İTALİYA MASONLARA EMBARQO QOYDU

    6

    Hurriyyet.org xəbər verir ki, İtaliyada dövlət proqramı səviyyəsində masonlara qarşı embarqo qoyulub.

    Liq və M5S partiyaları arasında qurulacaq hökumətin proqramında masonların hökumətdə təmsil edilməsi qadağan edilir.

    İtaliyasa ultrasağ Liq və hazırkı sistemə qarşı olan 5 Ulduz hərəkatı (M5S) arasında təqribən iki həftəyə qədər aparılan müzakirələr nəticəsində ortaya çıxan hökumət proqramında masonların hökumətdə yer almayacaqları bildirilib.

    Proqramda deyilir: “Çirkli pulları yumaq, saxtakarlıq da daxil olmaqda, müxtəlif cinayətlərdə ittiham edilmiş, mafiya, korrupsiya və vəzifədən sui-istifadə kimi ciddi ittihamlarla barəsində cinayət işi açılmış şəxslər, masonlar və nümayəndələri ilə mənfəət savaşı içərisində olanlar hökumət üzvü ola bilməzlər. Hökumət üzvləri barəslərində cinayət işi açıldığından xəbər tutan kimi, vaxtında məlumat verməyə məcburdurlar”.

    M5S seçkilər dövründə də bir neçə nəfər millət vəkili namizədini əvvəllər mason lojasının üzvü olduqları aşkara çıxandan sonra siyahıdan çıxarmışdı.

    Hurriyyet.org