İt sadiq heyvandır, erməniləri kaftar kimi qovmaq lazımdır…

96

Əsrin əvvəlində Türk dünyasını, Fransa, İngiltərə, erməni-yunan zorakılığından Mustafa Kamal Atatürk necə xilas etdisə, İlham Əliyev Azərbaycanın işğal olunmuş ərazilərini erməni faşistlərindən həmin üsulla xilas etdi…

25 sentyabr 2003-cü ildə Birinci vitse-Prezident Mehriban xanım Əliyevaya məktub göndərmişdim ki, İlham Əliyevin məşhur siyasi lider olmasında Sizin sevginiz rol oynayacaq. Hətta bir filimdən sitat gətirmişdim…

Əfsanəvi çeçen imamı Şeyx Şamilə ruslar sual verirlər ki, “necə oldu ki, çeçenlər sizi imam qəbul etdi”. Cavab verir ki, “əvvəlcə həyat yoldaşım bunu etdi, sonra övladlarım və sonra bütün çeçenlər”. Hansı lider erməniyə söykənibsə, məsələn Pişəvəri, Səttarxan… arxadan vurulublar. Cənubi Azərbaycanın müstəqilliyini A.Mikoyan əngəlləmişdir.

İndi İlham Əliyev “Erməniləri iti qovan kimi qovacayıq” – deyir. Möhtərəm Ali Baş Komandanımızdan bir xahişim var: “İt sadiq heyvandır, onları kaftar kimi qovmaq lazımdır… Çünki pələng, şir ov edir, doyub çəkiləndə leşi kaftar sürüsü darmadağın edir”.

Gəncə, Kürdəmir, Xızının bombalanmasından sonra dünya gördü ki, erməni terrorçudur. ASALA, PKK terrorçuları hal-hazrda Qarabağda darmadağın edilir.

Erməni terroru tək türkə qarşı deyil. Əsrin əvvəlində türk əsgəri Andronikin qulağını kəsir, öldürmür. Bu, həmin əsgərin xətası idi. Çünki Andranik qulağı kəsiləndən sonra nə qədər türk uşaq, qoca, qadınları amasızcasına qətliam edir, soyqrım törədir…

Biz inanırıq ki, vətən müharibəsi sona yetəndən sona cənab prezident daxildəki “5-ci kolon”u sarsıdacaq. İmişlini də uzun illərdir ki, “5-ci kolon” idarə edib. Ötən yazımızdan sonra İmişli rayon Məşğulluq İdarəsinin rəisi Mirşəmil vəzifədən qovuldu. Onun əməllərinin arxası ƏƏSMN-in nazir müavini Vüsal Nəsirliyə söykənib.

İnanırıq ki, Baş Prokurorluq Mirşəmilin yerində olan ƏƏSM İmişli şöbəsindən qərarla çıxarılmış Nofəl Atakişiyevin əməllərini də araşdıracaq. N.Atakişiyev isə idarədə işləyən xanım işçiləri işindən qovub, deyib ki, təzə komandam ilə işləyəcəm…

İnanırıq ki, müharibədən sonra Prezident xalqı, dövləti sevənlərlə idarəetmə başladacaq. Ondan sonra “5-ci kolon” üzvləri, Paşinyan və Xocalı soyqırım qatili R.Köçəryanın cibində olanlar nə yazır, nə deyir desin, onlara ən ağır qınaq xalqın qınağıdır. Əgər müxalif lider ADP sədri Sərdar Cəlaloğlu və 50 siyasi partiyanın rəhbəri, o cümlədən qardaşı şəhid olan AĞ Partiya sədri Tural Abbaslı, VİP sədri Əli Əliyev, Müsavat başqanı Arif Hacılı prezdenti dəstəkləyiblərsə, deməli, inanıblar. Bu inamı isə prezident doğruldub, doğruldacaq.

Məhbub Zülfüqarlı,

ADP imişli RT-nin sədri