İsveçin nüfuzlu “Aftonbladet” qəzeti Ermənistanın işğalından yazdı

36

İsveç mediasında erməni mövqeyini əks etdirən məqalələrin çap edilməsi, İsveçdə yaşayan azərbaycanlıların qəzəbinə səbəb olub.

Bu məqalələrdən biri də erməni koalisiyasında ibarət olan İsveç parlamentinin 3 deputatı (biri erməni əsilli), və digərlər nümayəndələr isə erməni diasporasını təmsil edənlərdir. Yazılan məqalayə qarşılıq olaraq SUAZ-İsveçin Gənc Azərbaycanlıları Təşkilatı “Ermənistan qoşunlarını geri çəkməlidir” başlığı ilə İsveçin tanınmış “Aftonbladet” qəzetində məqalə çap etdiriblər.

Məqalənin müəllifi -Mahirə Muxtarova, sözü gedən təşkilatın həmsədri, Azərbaycanın bütün partiyalarının birləşdiyi bu mübarizənin erməni aqressiyasına qarşı yönəldiyini qeyd edib. Məqalədə Qarabağ konflikti ilə bağlı faktlarla yanaşı, müəllif özünün Kəlbəcərdən olmasını və 27 il vətən həsrəti çəkdiyini də qeyd edibdir.

Məqalənin müəllifi  bu işin başa gəlməsində, xüsusi ilə Allahverdi Veridizadəyə, SUAZ gənclər təşkilatının katibinə öz dəstəyinə və tərcümə işinə görə təşəkkürümüzü bildirib.

Elnur ELTÜRK


https://www.aftonbladet.se/debatt/a/yR3GPA/armenien-maste-dra-tillbaka-sina-trupper?fbclid=IwAR0zrKDDUwWguTWPt1WFGEK0x8jqF8qMJMb90ZIyvrVP-onxXUChmfKpnoY