İsveçdə insanlara çip taxılması halları artmaqdadır – VİDEO

1515

Hurriyyet.org xəbər verir ki, İsveçdə dərilərin altına çip yerləşdirilməsi texnologiyasına maraq artmaqdadır. Bu ölkədə dərinin altına yerləşdirilmiş düyü dənəsi böyüklüyündəki çiplər vasitəsi ilə vətəndaşlar şəxsiyyət vəsiqəsi, kredit kartı və açarı artıq çibində yox, əlində daşımış olur.

Son dövrlərdə dəbin yayılması ilə İsveçdə dəri altına çip yerləşdirilən insanların sayı 4 000 nəfəri keçib. İsveçdə kart, şəxsiyyət vəsiqəsi, kredit kartı, bilet daşımaq dövrü sona çatır. İsveçlilər bu çiplər vasitəsi ilə qapıları aça bilir, çiplərdən qatar bileti kimi istifadə edə bilirlər. Dəmir yolları şirkəti sərnişinlərin biletlərinə çiplərlə nəzarət edirlər.

Foto - İsveç'te 4 binden fazla kişi kimlik kartı, tren bileti ya da anahtarı derilerinde taşıyor. Günlük hayatı kolaylaştırması amaçlanan çipleri deri altına enjekte ettiren İsveçliler, bu çiplerle kapıyı açabiliyor, çipleri tren bileti yerine kullanabiliyor.

Dəri altına çip yerləşdirən “Biohax International” şirkətinin baş direktoru Jovan Österlund deyib: “Texnologiya yenidir, lakin mühüm dərəcədə artmaqdadır. Bu texnologiya açarların, bank kartlarının yerini ala biləcək və onlardan sağlamlıq məqsədilə istifadə ediləcəkdir. Lakin indiyə qədər insanların hamısı bu texnologiyadan istifadə eləmirlər. Buna rəğmən, şirkətimiz tərəfindən azı 3 500 nəfərə çip taxılıb. 2018-ci ildə başlanan texnologiyaya maraq getdikcə artmaqdadır”.

Foto - Uzmanlar, çip taktırmanın riskleri konusunda uyarıyor. Kişilerin hareket profilinin çıkabileceğini vurgulayan uzmanlar, kişilerin kobay gibi kullanılabileceği riskinin bulunduğuna dikkat çekiyor.

İngilis alim Ben Libberton isə sağlamlıq yoxlamaları da aparan çiplərlə bağlı həyacan siqnalı çalmaqdadır. Libberton insanların şəxsi məlumatlardan necə istifadə ediləcəyinin də mühüm olduğunu bildirərək söyləyib: “Əsl problem bu məlumatların sahibinin kim olacağıdır? Xəstə olduğumu bilmədən sığorta şirkətlərindən ödənişin artdığını göstərən məktub alacağammı?  Nahar, idman, işə gediş saatlarımı bu çipə qeyd eləsəm, kimlərsə bundan istifadə edə bilərmi? Bu, narahatlıq doğura bilər”.

 Mütəxəssislər çipləşdirilən insanlardan təcrübə obyekti kimi istifadə edilə biləcəyi riskini inkar etmirlər.

Hurriyyet.org