İsveçdə immiqrantlara yeni tələb

54
İsveçdə miqrantlar dövlətdən pul müavinətlərinin alınması üçün şərt olaraq İsveç dilinin öyrənməlidirlər. Buna dair qanun layihəsini İsveç hökuməti Qanunvericilik Şurasına təqdim edib. TASS xəbər verir ki, bu barədə İsveç Səhiyyə və Sosial İşlər Naziri Lena Hallenqren mətbuat konfransında deyib: “Nağd müavinət almaq üçün şərt olaraq, məcburi dil öyrənmə dil biliklərinin artırılmasına, inteqrasiya və əmək bazarına giriş üçün şərtlərin yaxşılaşdırılmasına kömək edəcək”.

Səlahiyyətlilər ümid edir ki, yeni qanunun köməyi ilə, xüsusilə qadınlar İsveç dilini öyrənmə səviyyəsini artıracaq və beləliklə onlara əmək bazarına çıxma fürsəti təmin ediləcək. Təklif hökumət partiyaları arasında razılaşdırılıb. Gələn ilin 1 aprel tarixindən qanun layihəsinin qüvvəyə minməsi gözlənilir.