İstintaq təcridxanasında saxlanılan şəxs qaşıq uddu – Azərbaycanda

27

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Gəncə şəhərində yerləşən 2 saylı İstintaq təcridxanasında saxlanılan Həsənli Ayxan Şamil oğlu qaşıq udub.

Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, A. Həsənli dərhal xəstəxanaya yerləşdirilib.

Ona tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.