İstifadə edilmiş çay paketlərinin məlum olmayan FAYDALARI

    93

    Adətən istifadə etdikdən sonra atdığınız çay paketlərindən bir çox faydalı işlər üçün istifadə edə bilərsiniz.

    İstifadə edilmiş çay paketlərindən necə yararlana biləcəyinizi öyrənmək istəyirsinizsə, məsləhətlərimizi oxuyun.

    Ev bitkilərini qoruyun: Evdə bəsləyib böyütdüyünüz dibçək bitkiləriniz göbələk xəstəliyinə tutulubsa, istifadə edilmiş çay paketlərini atmayın. Həmin çay paketlərini bir neçə dəqiqə soyuq suda saxlayın və əldə etdiyiniz çaylı su ilə bitkilərinizi sulayın. Çay zəif bitkilərin güclənməsinə də kömək edəcək.

    Çətin təmizlənən yağ ləkələrindən xilas olun: çay paketlərinizdən yağlı qab-qacağı təmizləmək üçün istifadə edə bilərsiniz. Çay yağa qarşı effektli vasitədir.Bunun üçün bulaşmış qabları su ilə doldurduğunuz mətbəx çanağına yığdıqdan sonra həmin suya bir neçə çay paketi də ata bilərsiniz. Çay yağlı qabları təmizlənməsini asanlaşdırmaqla yanaşı, qurumuş yemək qalıqlarının yumşalmasına da kömək edəcək.

    Saçlarınıza parlaqlıq bəxş edin: Saçlarınızı şampunladıqdan sonra durulama suyuna çay paketlərini ata bilərsiniz. Burada diqqət etməli olduğunuz sacınızın rəngidir. Sarı saçlar üçün qızçiçəyi uyğundursa, qəhvəyi saçlara qara çay məsləhət görülür.

    Dərinizi qoruyun: Yüngül günəş yanıqlarının və həşəratların sancdığı yerlərin müalicəsində də çay paketlərindən istifadə etmək olar. Çay həşərat sancmaları olan nahiyələrdə infeksiya yayılmasının qarşısını alır. Günəş yanıqlarında istifadə etməyiniz məsləhət görülən soyuq çay paketləri isə dərinizi sərinlədib sizə rahatlıq gətirəcək. Daha ciddi yanıqlar zamanı isə mütləq həkimə müraciət etməlisiniz.

    Gözlərinizə qulluq edin: Gözlərinizi dincəltməyə, göz ətrafı dərinizə qulluq etməyə ehtiyac duyursunuzsa, istifadə edilmiş çay paketlərini atmayın. Buzluqda saxladığınız çay paketlərindən göz maskası kimi istifadə edin. Çay həm gözlərinizin yorğunluğunu alacaq, həm də tərkibindəki antioksidantlar sayəsində göz ətrafı dərinizi nəmləndirib cavanlaşdıracaq.

    Xoşagəlməz qoxuları yox edin: Xoş ətri olan adaçayı, yaşıl çay və nanə çayı kimi çay növlərindən istifadə edərək, soğan, sarımsaq və balıqdan yaranan xoşagəlməz qoxuları aradan qaldıra bilərsiniz. Balıq yedikdən sonra əllərinizi çay paketləri ilə silməklə balıq qoxusundan asanlıqla yaxa qurtara bilərsiniz.

    Sızanaqlara nəzarət edin: Yaşıl çay orqanizmimiz üçün çox faydalı olduğu kimi, problemli dəri üçün də kifayət qədər xeyirlidir. Yaşıl çaydan dərinizi təmizləyib nəmləndirən tonik kimi istifadə edə bilərsiniz. Təmiz suda saxladığınız yaşıl çay paketlərindən əldə etdiyiniz toniki dərinizin problemli hissələrinə çəkə bilərsiniz.

    Hurriyyet.org