İsti payız Qarabağdan, isti qış Qırğızıstandan başlayır…

72

ABŞ-ın Qarabağ əməliyyatı üçün Türkiyəyə “xeyir-dua” verdiyi səsləndirilsə də, bununla razılaşmaq olmaz…

Belarusda Rusiya-Çin tandemini qıra bilməyən ABŞ əlini Bişkekə atdı…

…Bu gün Türkiyənin Qarabağı işğaldan azadetmə hərəkatına dəstək olmasının və MPH lideri Dövlət Baxçalının “Naxçıvan Azərbaycanla birləşməlidir” bəyantının hədəfi də haqqında danışdığımız səbəbdir. Və Türkiyə tələsməlidir. Gecikirik…

Maraqlıdır ki, prezident Trampın “koronavirus şayiəsi” mediaya servis edildikdən 3 gün keçdikdən və Tramp nümayişkəranə şəkildə maskasını çıxardıqdan sonra Qırğızıstan qarışdı… 

Dünyanın yeni ticarət yolu şəbəkəsinin hörülməsinə – Yeni İpək Yolu lahiyəsinin altyapısının hazırlanmnasına neçə illərdir ki, hazırlıq gedir. Hətta onu “əsrin layihəsi” də adlandırırlar. 2013-cü il 3 oktyabrda İndoneziya parlamentində Çin başkanı Si Jinpinq Cənub-şərqi Asiya Ölkələri Birliyi (ASEAN) ilə dənizçilik sahəsində işbirliyini gücləndirərək, Çin hökuməti tərəfindən dənizlərdə əməkdaşlığı inkişaf etdirib, birlikdə “21-ci əsrin Dəniz İpək Yolu”nu qurmağı gündəmə gətirir və beləcə “Bir Kəmər Bir Yol”-Yeni İpək Yolu meydana gəlir. Bu layihə ilə Avropa və Asiyanın 65 ölkəsi bir-birinə iqtisadi əməkdaşlıqla bağlanacaq. Bəzi ekspertlər bu layihə ilə ölkələrarası inteqrasiyanın güclənəcəyini və ölkələrdəki rifahın artacağını bildirirlər. Bəziləri isə Çinin bu layihə ilə Rusiyanın da dəstəyi ilə Soyuq Müharibədən sonra ABŞ-ın lideri olduğu dünya liderliyinə yeni namizəd olduğunu bildirirlər.

Pekin layihənin güzərgahı olan ölkələrdə özlərinə təhdid olaraq gördüyü ünsürləri “ortadan qaldırmadan” altyapının qurulması üçün investisiya yatırmağa ürək etmirdi. Layihənin memarı iqtisadi gücündən istifadə edərək, digər ortaqları da təhlükəsizliyi təmin etmə mövzusunda yola gətirmiş kimi görünür. Çini əsas narahat edən ünsürlər isə layihənin marşrutu üzərindəki əhalisi müsəlman olan Şərqi Türkistan – Sincan uyğur bölgəsi və Arakan bölgəsidir. Qəribədir, iqtisadi layihədə müsəlman toplum Çinə necə təhdid ola bilər? Çinin özü uyğurlara soyqırım və işgəncə siyasəti tətbiq edərkən, hansı parametrlərə görə terrorçu təhdid daşıyıcısı Çin yox, uyğurlar olur?

Gələk layihəyə. Layihənin önəmli bir hissəsi Türkiyə tərəfindən ortaya qoyulan “Orta Koridor”dur. Çindən yola çıxan qatarın Orta Koridorla Londona getməsi nəzərdə tutulur. Proje gerçəkləşərsə 65 ölkənin əhalisinin-dünya əhalisinin 63%-rifahına əhəmiyyətli qatqı gətirəcək. Bu xəttlə Yeni İpək Yolunun başlangıc nöqtəsi olan Sian şəhərindən Urumçidən keçməklə Qırğızıstan, Qazaxıstan, Türkmənistandan Xəzər dənizinə, Azərbaycana, Gürcüstana və Türkiyədən Aralıq dənizinə ötürülməklə Avropaya – Londona qədər uzanacaq. Türk Koridoru sayəsində Avrasiya ölkələri – Qərbi Türküstan bütünləşməyə doğru gedə bilər. Türkiyə bu vəziyyətdə söz sahibi olaraq Çinlə uyğur mövzusunda razılığa gəlməli və uyğurlara təzyiqi yumşaltmalıdır.

Bu, Qərbi Türküstandakı soydaş dövlətlərin siyasi və iqtisadi müstəvidə inteqrasiyasına gətirər. Türk dövlətlərini bir araya gətirib ortaq əlifba, ortaq ordu, ortaq iqtisadi və siyasi birliyi özündə ehtiva edən Türk Konfederasiyasını Turanı ərsəyə gətirmək yolunda sürətlə irəliləyər. Bu gün Türkiyənin Qarabağı işğaldan azadetmə hərəkatına dəstək olmasının və MPH lideri Dövlət Baxçalının “Naxçıvan Azərbaycanla birləşməlidir” bəyantının hədəfi də haqqında danışdığımız səbəbdir. Və Türkiyə tələsməlidir. Gecikirik… İlk öncə bilidirm ki, Türkiyənin Naxçıvan vasitəsilə Azərbaycanla birləşməsi alınmasa, Turanın gerçəkləşməsi axsaya bilər.

ABŞ bu layihə baş tutacağı təqdirdə yerini Çinə uduzacağından və ticarətinin zəifləyəcəyindən rahatsızdır. Məhz bu səbəbdən ABŞ məğlub olmağı sindirmədiyi üçün Çinin uyğurlara etdiyi zülmü vurğulamaqda, qabartmaqdadır. Vaşinqtonun Qarabağ məsələsində bizə “yaşıl işıq” yandırdığı deyilsə də, Qırğızıstanda, Türkiyədə illərlə bəslədiyi və 15 iyul dövlət çevrilişinə cəhddə meydana çıxardığı FETÖ-nun kadrlarını yenidən siyasi arenaya sürməsi ilə Ankaraya “qırmızı kart” göstərdi. FETÖ-nun canlı meyit olan müqəvva rəhbərinin qarğış seansları çox yaddaqalan idi. Yəqin ki, çevrilişin baş tuta bilməməsindən qeyzlənən “qoca xain” hələ xatirinizdədir. Vaşinqton Turana asanlıqla izn verməyəcəyini Qırğızıstanda da FETÖ-nün usta olduğu dövlət çevrilişini etməklə göstərdi.  

Vaşinqtonun Yaxın Şərqdə Türkiyənin qarşısına sürdüyü maşa ölkə BƏƏ-dir. Qırğzıstan da yeni BƏƏ olacaq?

Maraqlıdır ki, prezident Trampın “koronavirus şayiəsi” mediaya servis edildikdən 3 gün keçdikdən və Tramp nümayişkəranə şəkildə maskasını çıxardıqdan sonra Qırğızıstan qarışdı… 

Qırğızıstanda seçki nəticələrini qəbul etməyən müxalifət küçələrə töküldü. Minlərlə etirazçı dövlət qurumlarını tutduqdan sonra Parlament sədri Dastanbek Cumabekov və baş nazir Kubatbek Boronov istefa verdilər. Keçmiş prezident Almazbek Atambayevi müxalifət həbsxanadan çıxardı. 2011-ci ildə “Ergenekon terror təşkilatının üzvü olmaq” ittihamı ilə Odatv sui-qəsdi çərçivəsində məhkəmənin ilk iclasından düz bir həftə əvvəl, 12 noyabr 2011-ci ildə Silivri Həbsxanasında MİT Asiya Bölgəsi Baş müşaviri Kaşif Kozinoğlu öldü. Kozinoğlu ölümündən bir müddət əvvəl “Aydınlık” qəzetinə göndərdiyi qeydlər arasında Qırğızıstan haqqında bu məlumatları vermişdi:

“Qırğızıstandakı bütün məktəblərə rəhbərlik edən və hələ də Orhan İnandıdır, əslində F. Gülenin Asiya imamıdır. Qırğızıstan dövləti ilə əlaqəni təmin edən odur. Səfirin heç bir rolu yoxdur. Türkiyə dövləti bu şəxs vasitəsilə Qırğızıstan rəhbərliyi ilə əlaqə saxlayır. Qırğızlar hazırda ehtiyac duyduqları üçün F. Gülənin məktəblərini bağlaya bilmirlər. Bundan əlavə, həm Qırğızıstan, Qazaxıstan, Türkmənistan, Azərbaycan, Əfqanıstan, Tacikistan, TİKA, THY, həm də səfirliklər F. Gülənçilər tərəfindən ələ keçirilmişdir. Bu ölkələrdə iş F.Gülən olmadan həyata keçirilmir. Asiyada ən çox Qırğızıstanda mövcuddurlar”.

1994-cü ildə Türkiyədə FETO-nun xalqa açılması Gülənin Jurnalistlər və Yazarlar Vəqfinin fəxri prezidenti olması ilə baş tutmuşdur. Belə ki, ABŞ kəşfiyyat layihəsi olaraq FETÖ iki il əvvəl 1992-ci ildə Orta Asiya Türk Respublikalarına məktəblər açaraq sızdı. Əslində MİT İstanbul Bölgə Başçısı Nuri Gündeş, 2010-cu ildə yazdığı “İnqilabların və Anarxiyanın Yaxın Şahidi” adlı kitabında, o illərdə mövzu ilə bağlı araşdırmalarını belə dilə gətirdi: “Gülən təriqəti tərəfindən xüsusilə də türk dövlətlərində açılan məktəblərdə diplomatik pasporta sahib olan Amerikalı CİA agentləri “ingilis dili müəllimləri” kimi saxlanılır”.

Qırğızıstan bu ölkələrdən biri idi. FETÖ Qırğızıstanda 1992-ci ildən bəri SEBAT Təhsil qurumlarının çətiri altında fəaliyyət göstərir. 2016-cı ildə Türkiyədə meydana gələn 15 iyul çevriliş cəhdindən sonra adı SAPAT olaraq dəyişdirildi və dövlət qorumasına alındı. Təhsil FETÖ-nün Qırğızıstandakı fəaliyyətinin ən vacib sütunudur. Təşkilat ölkənin hər yerində açdığı məktəblərlə əhəmiyyətli dərəcədə nüfuz qazanmış və quruma pullu məktəblər vasitəsi ilə maliyyə təmin edir. Hazırda ölkədə FETÖ-nun nəzarətində olan bir universitet, bir dil mərkəzi, beynəlxalq məktəb, iyirmi bir ümumi təhsil məktəbi və fərqli şəhərlərdə dörd tələbə yurdu var. Təşkilatın Qırğızıstan və Orta Asiya imamı Orhan İnandı hələ də bu ölkədədir və Qırğızıstan vətəndaşı olmuşdur.

FETÖ Qırğızıstanda mətbuat sahəsində fəaliyyətini davam etdirir. Biri qırğızca, digəri türkcə olan “Zaman Qırğızıstan” adlı iki qəzetdən başqa “Diyalog Avrasya” adlı düşüncə quruluşunun çıxardığı aylıq jurnala da nəzarət edir.

Türkiyədə FETÖ necə dövlətin hər sahəsinə sızıbsa, Qırğızıstanda da eyni vəziyyətdədir. Prezident Atambaev 2016-cı ildə Türkiyənin FETÖ-nu ləğv tələblərinə mənfi cavab verərək, belə söyləmişdi: “Türkiyə səfiri Qırğızıstanda 3.5 milyon Gülən tərəfdarının çalışdığını söylədi. Məktəb müəllimlərini terrorçu kimi görürsə, həkimə müraciət edib ruhi sağlamlığını yoxlasın… Məktəblərin bağlanmasına icazə vermərik. Onları gücləndirəcəyik”.

Atambayev 15 iyul 2017-ci il tarixində keçirilən seçkilərdə məğlub oldu və prezidentliyini 24 noyabr 2017-ci ildə Sooronbay Ceenbekova təhvil verdi. Onun mənəvi oğlu Sapar İsakov 2018-ci ildə həbs olundu. Bir müddət sonra Atambayev eyni ittihamla həbs edildi. Xüsusilə FETÖ səbəbiylə Türkiyə-Qırğızıstan münasibətləri Ceenbekovun hakimiyyət dövründə yumşaldı. Prezident Ərdoğan 2019-cu ilin sentyabrında Qırğızıstana getmişdi. 1 sentyabr 2019-cu il tarixində keçirilmiş mətbuat konfransından sonra o demişdi: “Bu çərçivədə bugünkü görüşlərdə FETÖ ilə mübarizədə atıla biləcək ortaq addımları da qiymətləndirdik. Çünki qardaşıqsa, bizə vurduqları zərbənin Qırğızıstana da vurulmasın istəmirik. Bunlar hərbi sahəyə soxulur, polisə soxulur, dövlətin bütün mexanizmlərinə soxulur və oradan da eyni dövlət çevrilişini burada da edərlər”.

Beləliklə, bu sözlərdən bir il sonra 4 oktyabr 2020-ci ildə parlament seçkiləri keçirildi və seçkiyə 17 partiya qatıldı. Rusiya yönümlü iki partiaynın ən çox səs alması etirazlara səbəb oldu. Prezident Sooronay Ceenbekovun dəstəklədiyi Birimdik səslərin 24,53%-ni, Mekenim Qırğızıstan isə 23,9% -ni aldı. Yüzdə 7 səviyyəsini keçə bilməyən buna etiraz etdi və Ceenbekov “çevriliş”ə məruz qaldı. Sabiq prezident və sabiq baş nazir –Atambayev və Sapar İsakov həbsdən çıxarıldı. Xəbərlərə görə, aksiyalara ABŞ ilə FETÖ-yə bağlı Sapar İsakov və ABŞ-ın “Azatlık” adlı yayın orqanının köməyi ilə reklam edilərək “parladılmış” Canar Akayev liderlik edirlər. Seçimə gedən iki partiya Qərb yönümlü idi və FETÖ-çular da ən çox bu iki-Ata-Meken ilə Reforma partiyasından idi. Son gələn məlumatlara görə seçki nəticələri ləğv edilib. Görək yeni seçimləri kim qazanacaq – Qərb ya Rusiya yönümlülər? Aydındır ki, bölgədə “ABŞ-Rusiya” nüfuz savaşı gedir. FETÖ isə səhnədə ABŞ-a imamlıq edir… Ankara bu əsrin türk əsri olması xəttini yürütdüyünə görə tələsməli və bu türk coğrafiyasındakı ölkələri diqqətlə izləməli, hadisələrə nüfuz etmək üçün təşkilati-diaspora işlərini gücləndirməlidir. Vaşinqton Türkiyənin Osmanlı xəritəsinə aid ərəb coğrafiyasına uzanmaq, Ankaraya isti ürəklə yaxınlaşan ərəb dövlətlərini ardına alıb bölgəni qaniçən imperialistləri oyundan kənar vəziyyətdə qoymaq üçün buranı yenidən dizayn etməsinin qarşısına kürd dövləti variantını irəli sürmüşdü və Ərdoğan bu planı bələkdə boğdu. Ərəb dövlətlərini İsrailin ətrafında toplamaq həmləsi Türkiyəni yalnızlaşdırmaq üçün bir həmlə, adı müsəlman özü qeyri-müəyyən BƏƏ bir həmlə, Qırğızıstan son həmlə oldu və ardı gələcək. Türkiyəni dayandırmaq cəhdlərinə Ankara layiqli cavab verəcək.

Çin Aralıq dənizindəki mövcudluğunu dəyərləndirərkən Bəsrə, Ədən körfəzi, Qırmızı dəniz və Süveyş kanalındakı fəaliyyətinə baxmalıyıq. Çinin Cəbəllütariq və Süveyşlə birgə, Portuqaliya, İspamiya, Yunanıstan, Türkiyə, Malta, Cənubi Kipr, İsrail, Misir və Fesdəki dənzi limanlarında yatırımları var. Pekin bu yolla önəmli nöqtələrdə dəniz ticarət yolları şəbəkəsi qurmaqdadır. Yeri gəlmişkən, bu yaxınlarda ABŞ dövlət katibi Mayk Pompeonun Cənubi Kiprə etdiyi səfər Rusiyaya dolayısı ilə Çinə qarşı idi. ABŞ hədəfi Rusiyanın Aralıq dənizi bölgəsi və Yaxın Şərqdən uzaqlaşdırılması və gücünün qırmaqdır. Çinin Cənubi Kiprdə limanı olduğunu və əsrin layihəsi üçün transit ölkələrdə sabitliyin gərəkdiyini nəzərə alsaq deyə bilərik ki, “enerji qaynaqları üzərində hakimiyyət qumaq istəyən” ABŞ-ın Cənubi Kiprdə Rus və Çin varlığına, sabitliyə imkan verməz. Vaşinqton Moskvanın Suriya və Yaxın Şərqdəki digər ölkələrdə istəyinə çata bilməməsi üçün Cənubi Kipri dövrəyə atdı. ABŞ-ın bu həmlələri ön planda Rusiyaya, arxa planda isə Çinə qarşı edildi. Çünki əsrin layihəsi çərçivəsində Çinin Aralıq dənzinə enməsi qaçılmazdır. Ağ Ev dayanmayacağının və buna göz yummayacağının işarətlərini verməkdədir.

Qırğızıstanda qızıl mədənlərində Rusiya böyük miqyasda yatırımlara malikdir. Moskva həmçinin FETÖ-nün nələrə qadir olduğunu Türkiyə nümunəsindən yaxşı bilir. Kreml bu ölkə ərazisində hərbi bazaya malikdir. İmperiya eyforiyasından hələ çıxa bilməyən Moskva ABŞ-ın onun arxa baxçası saydığı ölkədə düzən qurmasına imkan verməz və bu, onu Türkiyə ilə əməkdaşlığa itələyə bilər. Yəni Moskva ABŞ–a qarşı Türkiyəyə məcburdur. Belarusda Rusiya-Çin tandemini qıra bilməyən ABŞ əlini Bişkekə atdı. Çin isə öz yerində. Çin Qırğızıstan, Özbəkistan, Qazaxıstanda böyük miqyasda investisiyalara malikdir. Pekin bölgədə çox sayda elektrik stansiyaları qurma və digər iqtisadi layihələr həyata keçirməkdədir.

ABŞ-ın Qarabağ əməliyyatı üçün Türkiyəyə “xeyir-dua” verdiyi səsləndirilsə də, bununla razılaşmaq olmaz. “İlanı seyid Əhməd əli ilə tutmaq istəyən” ABŞ dəfələrlə Rusiya ilə Türkiyəni qarşı-qarşıya gətirərək, özü kənardan müşahidə edib, münasib məqamda qənimət üçün meydana çıxan ovçuya bənzəyir. Türkiyədəki rus səfirinin öldürülməsi, rus təyyarəsinin vurulması da, Qarabağda onları çarpışdırmaq eyni məqsədə hesablanmışdı. Amma nə Ankara, nə Moskva tələyə düşmədi. Putinin ABŞ-ın adamı Atambayevi həbsə atması Vaşinqtona zərbə idi. Atambayevin və Sapar İsakovun həbsdən azad edilməsi isə Moskva və Pekinə endirilmiş zərbə oldu. Qırğızıstan onu Çinin İpək Yolu üzərindəki tampon bölgəyə çevirən Vaşinqton ilə Rusiya-Çin birliyi tərəfindən iki ucundan çəkişdiriləcək. Güclərin bütün problemlərinin mərkəzində Yeni İpək Yolu və Yeni Dünya Düzəni durur.

Hazırladı: Ülviyyə ŞÜKÜROVA