İstedadların qənimi olan “islahat” daha neçə can alacaq?

    6

    Fuad Poladovu ölümə yaxınlaşdıran doğma teatrdan gedişiydi

    (Əvəlli bu linkdə: http://hurriyyet.org/xeber/fuad_poladovu_olume_yaxinlasdiran_dogma_teatrdan_gedisiydi)

    16 may 2006-cı ildə ona Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adı verilib.

    2001-ci ildən isə həm də ADMİU-nun “Xoreoqrafiya sənəti və səhnə plastikası” kafedrasında (Səhnə hərəkəti, səhnə döyüşü, qılınc təlimi, plastika və pantomima fənnləri üzrə) və həmçinin "Musiqili teatr aktyoru" kafedrasında müəllim kimi fəaliyyət göstərir.

    Beləliklə, “Azdrama”nın keçmiş direktoru professor İsrafil İsrafilovun teatra “damla-damla” topladığı istedadların pərən-pərən salınmasının qurbanlarından biri də 30 filmdə, 12 tamaşada rol almış, 15 əsərə quruluş vermiş(Pantomima teatrı) səhnə plastikası ustası Pərviz Məmmədrzayev olub.

    A.Nemətovun arzusu ilə-daha doğrusu, onun “Moy aktyor” siyahısına daxil olmadığına görə uzaqlaşdırılan aktyorlardan Məmmədrzayevin tələbəsi olan Ülvi Həsənli barədə də məlumat vermək istərdim. Qoy oxucu bu yazının subyektiv olduğunu düşünməsin.

    Ülvi Həsənli tələbəlik illərində rejissor və dramaturq Rəhman Əlizadənin rəhbərliyi ilə Mərdəkan xalq teatrinda calişıb. 2011-ci ildə Bakı Estrada Teatrında “Olur belə şeylər” layihəsinin yaradıcılarından biri olub, orada aktyor, rejissor, ssenarist kimi çalışaraq rəqslərə quruluş verib. Ü.Həsənli aktyor Pərviz Məmmədrzayevin rəhbərliyi altında Simsar Pontamim Teatrında fəaliyyət göstərib. 2014-cü ildə Akademik Milli Dram Teatrında çalışmaqla həm də Mərdəkan Mədəniyyət sarayında rejissor kimi fəaliyyət gostərib. O, həmin il Azərbaycan uzrə xalq teatrları festivalında “Qran Pri” mükafatına layiq görulüb və “2014-cü ilin ən yaxşı aktyoru” nominasiyasını qazanıb.

    2014-cü ildə o, Bakı şəhəri üzrə “Şən və hazırcavablar klubu”nun cempionatında rəhbər, “Ekspromt” komandasında cempion olmuş, “Cavanlıq", “3 Bacı”, “Sənə inanıram” , “Səni ürəyim sevdi” , “Həyat, sən nə qəribəsən”, “,Dəfnə ağacı” tele-seriallarında və “Çölçü”, “Şər qarişanda” filmlərində cəkilib. Akademik Milli Dram Teatrinda “Silindr”, “Əmir Teymur”, “Kölgə”, “Nadir Şah”, “Nagıllar aləmində” “Herostratı unudun” tamaşalarında rol alıb. Gənc aktyorun oynadığı “Herastratı unudun” tamaşası (quruluşçu rəssamı İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsmayılov, rejissor assistenti Dilbər İsmayılova.) barədə: ilkin səhnələri mürəkkəb tryuklar və kəskin hərəkətlərlərdən ibarət olan tamaşada Efesli rolunu oynayan Ülvi kaskadyor funksiyasını bacarıqla icra edir və bunu elə ustalıqla həyata keçirirdi ki, ilk dəqiqələrdə zalda əyləşən tamaşaçı əsl həyəcan burulğanına düşürdü. Antik dövrü təcəssüm etdirən bu əsər Ülvinin aktyor məharətini üzə çıxaran tamaşadır, desək, yanılmarıq.

    Ü.Həsənlinin peşəkar aktyor oyununu inkar etmədən onun təbiiliyinə heyran olursan. Elə isə…

    Beləliklə, Akademik Milli Dram teatrının, eyni zamanda Azərbaycan Teatr Xadimləri İttifaqının rəhbəri sənətin tərəqqisinə “xidmət edən” “islahat”lar keçirməkdə, haqsızlıqla qarşılaşan aktyorlarsa sükutla teatrı tərk etməkdədir .

    Unutmayaq ki, bu həmin Azərpaşa Nemətovdur ki, direktorluqdan qabaq-teatrın baş rejissoru kimi oraya gələndə onun maşınını içəri buraxmayan, “şlaqbaum yalnız direktorun maşını üçün qaldırılır” deyən mühafizə rəisi Nizami müəllimi direktor təyin olunan gün işdən azad etmişdi; bu həm də həmin Nemətovdur ki, direktorluq təyinatı münasibətilə onu təbrik etməyən aktyor Hikmət Rəhimovu da belə cılız siyasətlə işdən azad etmişdi.

    Tarixən el içində insanları mənəviyyatı və şəxsiyyətinə görə müxtəlif adlarla adlandırıblar: çörəkverən adı ilə haqq dünyasına qovuşmaq hər kəsə nəsib olmayıb, amma burda söhbət yalnız aktyorların maddi durumuna vurulan zərbədən getmir, həm də tamaşaçının mənəvi qidasına və ümumilikdə Azərbaycan incəsənətinə qənim çıxmaqdan gedir. İstedadlı aktyorları, o cümlədən gəncləri səhnədən uzaqlaşdırmaq onları repressiyaya uğratmaq deməkdir və bunun bir sonu olmalıdır. Maddi ehtiyacın nə demək olduğundan bixəbər icraçı isə cəzasız qalmaqdadır. Haqsızlıqlara qarşı etiraz edən tamaşaçının səsini növbəti dəfə mədəniyyət nazirliyinə çatdırmaqsa mətbuat nümayəndələrinin öhdəsinə düşür…

    NEYLƏRDİN, İLAHİ!

    Mirzə Ələkbər Sabirin soyuq qanlardan dəhşətə gəlməsi ilə bağlı hissləri bu gün XX1 əsrin insanı yaşayır: vaxtilə yaxın dostu olmuş, sonradan Nemətovun ədalətsizliklərinə etiraz olaraq teatrın “qapısını çırpıb” birdəfəlik oradan və “soyuq qan”dan uzaqlaşmış Fuad Poladovun yoxluğundan bir sutka keçməmiş onun Qacarı yaratdığı “Şah Qacar” tamaşası zamanı bir dəqiqəlik sükutu öz “əzəli-əbədi” etikasızlığı ilə pozan Nemətov! Amma yalnız sadəlövh insan bunun səbəbini Fuad Poladova qarşı etibarsızlıqda axtarar, xeyr, səbəblərin kökləri daha dərindir və aydındır ki, Nemətov bunu müəyyən dairələrə xoş gəlmək, onlarla həmrəy olmaq üçün etdi.

    Əziz Azərpaşa müəllim, elə düşünməyin ki, insanlar heç nə anlamır. Amma o da aydındır ki, Sizi insanlar yox, etdiyiniz haqsızlıqlara göz yumacaq dairələr maraqlandırır. O dairələr ki, orda çalışan İsmayıl müəllim kimi məmurlar ora pənah aparan istedadlı aktyorlara “Azərpaşa müəllim istəmirsə, orada necə işləmək fikrindəsiniz?” deyə mədəniyyət nazirini pis vəziyyətdə qoyan və nazirlik rəsmisinə yaraşmayan suallar verirlər…

    Yəni…Yəni Nemətovun “qara siyahı”sın a baxdıqda arxasını nazirliyə söykəməklə etdiyi haqsızlığın birbaşa əfsanəvi Poladovla bağlı olması sirri açılır. Ulu Tanrı şahiddir ki, Murad İsmayılın istedadına qiymət verib ona məktub şəklində uğurlar diləyən Poladov “İlham həm gözəl aktyor, həm də gözəl insandır” sözlərini də demişdi. Söhbət son günlərinədək ona diqqətlə yanaşan əməkdar artist İlham Hüseynovdan gedir. Amma başqa bir həqiqət də var:

    “Gəlmələri buradan uzaqlaşdıracağam” kimi vədi direktor nazirliyə yox, teatrdakı müəyyən “avtoritet”lərə vermişdi. Axı Vətənə layiqincə xidmət etmək lazımdır…

    BÜTÜN YOLLAR ADAMI ROMAYA APARIR…

    Amma …“Uzun və sonsuz yolu eninə də keçmək olar…(Kamal Abdulla)

    P.S.Dəyərli oxucu yəqin ki, əfsanəvi Fuad Poladovun adının qarşısında mərhum sözünün qəsdən işlədilmədiyinə diqqət yetirdi…

    A .Nemətovun keçmiş dostu F.Poladovla birgə məzar yeri götürməsi barədə anlaşılmaz yazıya rast gələndə dramaturq M.İbrahimbəyovun “Kərgədan buynuzu” əsəri yadıma düşdü. Əsərdə dediyini əsaslandırmaq üçün tələm-tələsik bir daş düzəltdirən qəhrəmanı xatırlayanda M.İbrahimbəyova da Allahdan rəhmət dilədim. Fikrimi aydın başa düşməyənlərə əsəri oxumağı məsləhət görürəm. Mənimsə Azərpaşa müəllimə bir sualım var:

    Əgər Poladovla dostluğu ona belə əziz idisə, “sədaqətli” Nemətov niyə Poladovun arzusunu yerinə yetirib aktyor Hikmət Rəhimovu bərpa etmədi? Belə çətin idi? Niyə onun xəstəliyinə səbəb olan dərdini yüngülləşdirmədi? Axı doğmalarının dediyinə görə ona zərbə məlum səbəblərdən “Azdrama”nı tərk etməsi oldu? Ümumiyyətlə, Nizamilərin, Füzulilərin, Cavidlərin, Üzeyirlərin, Lütfizadələrin…daha kimlərin törəmələri olan Azərbaycan xalqını aldatmağa çalışmaq mənasız bir işdir…

    Nəcibə İlkin

    “Azad Qələm” qəzetinin baş redaktoru,

    Prezident təqaüdçüsü.