İstanbulda 6 gəmidə yanğın başlayıb – YENİLƏNİB

    15

    İstanbulda yanğın daha üç gəmiyə keçib.

    “Hürriyet” xəbər verir ki, hazırda yanan gəmilərin sayı 6-dır. 

    Xəsarət alanlar xəstəxanaya çatdırılıb. 

    Məlumata görə, yanğın zamanı partlayış səsləri də eşidilib. 

    Yanğınsöndürmə prosesi davam edir./report/

    ***

    İstanbulun Maltepe rayonunda sahildə üç gəmidə yanğın başlayıb.

    “CNN Türk” xəbər verir ki, restoranın yanında olan bir gəmidə başlayan yanğın digər gəmilərə də keçib. Hazırda yanğınsöndürənlər yanğını söndürməyə çalışırlar.

    Faktla bağlı araşdırma aparılır./report/