İstanbulda PKK/KCK-nın 8 üzvü saxlanılıb

12

İstanbulda PKK/KCK terror təşkilatının üzvlərinin saxlanılması istiqamətində əməliyyat keçirilib.

AZƏRTAC xəbər verir ki, İstanbul Təhlükəsizlik Qüvvələrinin terrorla mübarizə şöbəsi və xüsusi təyinatlı polis dəstəsi tərəfindən birgə aparılan əməliyyat zamanı şəhərin 13 fərqli hissəsində yerləşən müxtəlif ünvanlarda axtarışlar aparılıb, 8 şübhəli saxlanılıb.

Axtarışlar zamanı terror təşkilatına məxsus silahlar, kitablar, rəqəmsal texnika və sənədlər ələ keçirilib.

İstanbulda terror təşkilatlarının üzvlərinin saxlanılması istiqamətində əməliyyatlar davam edir.