İsrailli aparıcı erməni səfiri yıxıb-sürüdü: “Belə sualı niyə Rusiyaya ünvanlamırsınız?”

186
Ermənistanın İsraildəki fövqəladə və səlahiyyətli səfiri Armen Smbatyan İsrailin ITON.TV kanalına müsahibə verərək, aparıcı Aleksandr Valdmanın Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyanın son açıqlaması ilə bağlı Yerusəlim Posta verdiyi suala cavab verib.
Bu haqda məlumatı erməni mediası yayıb.
İsrailin 2016-cı ildə imzaladığı 5 milyard dollarlıq müqaviləyə əsasən Azərbaycana silah tədarük etdiyini bildirən Valdman Ermənistan xarici işlər nazirinin “Azərbaycana İsraildən də daha çox silah satan” Rusiyaya niyə belə suallar ünvanlamadığını soruşub.
“Ermənistan xarici işlər naziri bu silahlardan mülki əhalini məhv etməyin mümkün olmadığını düşünürdü. Yəqin o, bunu nəzərdə tuturdu. İkincisi, Rusiya haqqında dedikləriniz. Rusiya ilə xüsusi bir münasibətimiz var: nəinki tərəfdaşlıq, müttəfiq münasibətlər. Biz KTMT-də, Avrasiya Birliyindəyik. İkitərəfli münasibətlərimiz var. On illərdir ki, Ermənistan Respublikası və Rusiya Federasiyası hərbi-sənaye kompleksi də daxil olmaqla bütün sahələrdə əlaqələri inkişaf etdirir. Yəni bu, çox ciddi bir sualdır. Bəli, biz Rusiya ilə necə ünsiyyət qurduğumuzu, Rusiyanın nə etdiyini, nələr etdiyini yaxşı bilirik və bir-birimizi başa düşürük” deyib Armen Smbatyan.
“Siz deyirsiniz ki, İsrail silahları Azərbaycan tərəfindən mülki əhalini məhv etmək üçün istifadə olunur. Hansı meyarlar müəyyənləşdirilir? Mülki əhaliyə və orduya qarşı ayrı-ayrılıqda hansı silahlar işlədilir?” – deyə jurnalist soruşub.

 

 
Səfir belə bir şey söyləmədiyinə aydınlıq gətirib: “Dedim ki, silahlar mülki şəxslərə qarşı istifadə olunur. Belə faktlar var. İzləmək çox çətindir, çünki dünyada sərbəst bazar mövcuddur və bütün ölkələr silah ala bilər … Biz sərbəst bazar olduğunu yaxşı başa düşürük. Ölkənin silah almaq hüququ var. Bütün bunlar qanuna uyğun olaraq edilir. İnsanların öldüyü isə başqa bir məsələdir, amma kimsə bu barədə danışmalıdır. İnsanlar və mülki şəxslər ölürlər. Xarici işlər nazirinin dediyi bu idi. İnanın, o, bunu demək istəyirdi. Bu barədə danışmaya bilməzdi. Mən də danışmaya bilmirəm. Siz də bunu edə bilməzsiniz”.
Haşiyə: İsrailli jurnalistin erməni səfiri küncə dirəməsi yazıdan aydınca görünür, ancaq o, Ermənistan xarici işlər nazirinin dediklərinə “don” geyindirməkdən ötrü dəridən qabıqdan çıxır. Ancaq bu, onda alınmır. Qarşı tərəf isə (israilli jurnalist nəzərdə tutulur) ona yalnız bir sual versəydi, yerinə düşərdi: “İşğal etdiyiniz Dağlıq Qarabağda və ətraf rayonlarda neçə min mülki Azərbaycan vətəndaşını öldürübsünüz? Bəlkə bunları etiraf edəsiniz?”. Təbii ki, Baş nazir Nikol Paşinyan kimi o da sualdan yayınaraq başqa mövzulara toxunacaqdı. Çox böyük ehtimalla Azərbaycanın dostu olan israilli jurnalist adını diplomat qoyan o şəxsə beynində hazırladığı bu sualları verməyib, çünki öncədən cavabsız qalacağını bilirmiş… \\Konkret