İsraillə əməkdaşlıq edən ABŞ naçar qaldı: “Dəmir Günbəz”in əsas kodunu vermədilər

37

 

Hurriyyet.org xəbər verir ki, İsrailin “Rafael” silah ixracat şirkəti ilə və ABŞ-ın “Reytoen” (“Raytheon”) hərbi sənaye şirkəti “Dəmir Günbəz” (Iron Dome) hava hücumundan müdafiə sistemlərini istehsal eləmək üçün birgə müəssisə yaratsalar da, “Dəmir Günbəz”in ABŞ ordusunun Vahid Müharibə Komandanlığı Sisteminə (IBCS) inteqrasiyası ilə bağlı bir sıra problemlər meydana çıxıb.

“Defense News” saytının yazdığına görə, ABŞ Ordu Gələcək Komandanlığının başçısı general Mayk Mürrey İsraildən “Dəmir Günbəz” sisteminin əsas mənbə kodlarını ala bilmədikləri üçün “Dəmir Günbəz”i ABŞ ordusuna inteqrasiya eləməklə bağlı problemlə qarşılaşdıqlarını söyləyib.