İsrailin müharibəyə başlamaq fikri qətidir – XÜSUSİ TƏYİNATLILAR…

    12

    Hurriyyet.org xəbər verir ki, İsrailin “Maariv” qəzeti İsrail ordusunun İrana qarşı xüsusi hərbi heyət qurduğunu bildirib. Heyətə İsrail Ordusunun Əməliyyatlar Qrupunun keçmiş sədri general Nitzan Alon rəhbər təyin edilib.

    Qurulan yeni heyətin vəzifəsinin ilk növbədə Tehran hökumətinin nüvə proqramı ilə mübarizə aparmaq, kəşfiyyat məlumatlarını toplamaq, İranın Suriyada yerləşməsinin qarşısını almaq və ABŞ ilə koordinasiyalı şəkildə hərəkət edərək bu yerləşmənin qarşısının alınması istiqamətində planların tətbiq edilməsi olacağı nəzərdə tutulur.

    Xəbərdə general Alonun həm də İsrail ordusu ilə ABŞ ordusu arasındakı koordinasiya dosyasından məsul olacağı, həmçinin, ABŞ-ın İran məsələsində İsrail ilə yaxından əməkdaşlıq edəcəyi və bu iki ölkənin İrandakı Əli Xamanei üsul-idarəsini devirməyə çalışdığı həqiqətini gizlətmədikləri vurğulanıb.

    İsrailin baş naziri Binyamin Netanyahu ötən həftədəki çıxışlarından birində, İranın Suriyanı İsrailə qarşı ölümcül bazaya çevrilməsinə və nüvə silahı istehsal eləməsinə imkan verməyəcəklərini bildirib və deyib: “İran bizim varlığımıza qarşı ən böyük təhdiddir və bu təhdidi dayandırmaq fikrimiz qətidir”.

    Netanyahu may ayındakı çıxışında da demişdi ki, müharibəyə səbəb olacağı təqdirdə belə, İranla üzləşməyə hazırdırlar: “İsrail təxirə salmaq əvəzinə, hələlik iməkləmə dövründə olan İran aqressiyasını müharibə bahasına belə, dayandırmaq əzmindədir”.

    Hurriyyet.org