Hurriyyet.org xəbər verir ki, İsrail hökumətinə yaxın hesab edilən “The Begin-Sadat Strategic Studies” adlı analitika mərkəzi tərəfindən dərc edilən “Qüds – Afinanın diplomatik fürsətləri” adlı məqalədə ABŞ-ın Türkiyənin üzvü olduğu “Şərqi Aralıq dənizi Qaz forumu”nda iştirak eləməsini istədiyi bildirilib.
2019-cu il 16 yanvar tarixində Misirdə keçirilmiş Yunanıstan, Cənubi Kipr Yunan Respublikası, İsrail, Misir, İtaliya, İordaniya və Fələstinin iştirakı ilə “Şərqi Aralıq dənizi Qaz forumu” qurulub.
Məqalədə ABŞ-ın Yunanıstandakı səfiri Ceffri Payettin 18 fevral tarixində Afinada keçirilən konfransdakı çıxışından sitat gətirilib: “Daha əhatəli dialoq ABŞ-ın perspektivinə daha yaxın olacaqdır. ABŞ Türkiyənin Şərqi Aralıq dənizi qaz forumuna dəvətini və iştirakını dəstəkləyir”.
Hurriyyet.org