İsraildən yeni həmlə: “Ölkəyə ordu yeridilməlidir” – Türkiyəyə şok

96

ABŞ-da fəaliyyət göstərən ən böyük yəhudi lobbisi olan və “İsrail Dərin Dövləti” adlandırılan Yəhudi Milli Təhlükəsizlik İnstitutu (JINSA) Türkiyə və Liviya hökuməti arasında əldə edilmiş anlaşmaları pozmaq üçün hərəkətə keçib.

Bu barədə türk mediası məlumat yayıb. “Türkiyənin Liviyadakı yüksəlişi: Tövsiyyələr və ABŞ-ın siyasi əməliyyatları” adlı hesabatda Türkiyə və Liviya hökuməti arasında Aralıq dənizinin şərqi və iqtisadi razılaşmalara dair sazişlərin ləğv edilməsi tələbi qoyulub.

Sənədin müəllifləri ABŞ-ın Ankaradakı keçmiş səfiri Erik Edelman və ABŞ Hərbi Hava Qüvvələrinin təqaüddə olan generalı Çarlz Uolddur.

Hesabatda qeyd edilib ki, ABŞ Aralıq dənizin şərqində Türkiyəyə qarşı balansı qorumaq üçün hərbi qüvvələrinin sayını artırmalıdır: “ABŞ bölgədə söz sahibi olmaq missiyasını üzərinə götürən İsrail və Misirlə yaxın münasibətlərdə olan Yunanıstan və Kiprə dəstək olmalıdır”.

Sənəddə qeyd edilir ki, Türkiyənin Liviyadakı heç bir hərbi uğuru beynəlxalq səviyyədə tanınmamalı, Ankara və Tripoli arasında imzalanan bütün sazişlər ləğv edilməli, bu ölkədəki qarşıdurma ABŞ-ın lehinə siyasi yolla həll edilməlidir.\\Teleqraf