İsraildə karantin rejimi GÜCLƏNDİRİLDİ

48

İsrail hökuməti ölkədə idman zalları, bar, klub və mərasim zallarının yenidən bağlanması barədə qərar verib.

Qərar ölkədə koronavirusa yoluxma hallarının kəskin artması ilə əlaqədar qəbul edilib.

Bununla belə, hökumət çimərlikləri açıq saxlamaq, amma sanitar normalara əməl olunmasına nəzarəti gücləndirmək qərarı alıb.

Qeyd edək ki, ötən gün İsraildə 204 yeni yoluxma qeydə alınıb. Bu günədək ölkədə yoluxanların sayı 30 mini keçib, 332 nəfər vəfat edib. \\Teleqraf