İsraildə erkən parlament seçkiləri keçiriləcək

309

İyirmi üçüncü çağırış İsrail parlamenti ölkənin cari il üçün dövlət büdcəsinin təsdiqləmə müddətinin bitməsi səbəbindən çərşənbə günü Bakı vaxtı ilə 02:00-da avtomatik olaraq buraxılıb.

“Report”un məlumatına görə, bu barədə İsrailin dövlət kanalı “Kan” xəbər verib.

Qeyd olunub ki, İsraildə 24-cü çağırış Knessetə erkən seçkilər 2021-ci ilin 23 mart tarixində keçiriləcək.

Xatırladaq ki, İsraildə Knessetə sonuncu seçkilər cari ilin 2 mart tarixində keçirilib.