İSRAİL SURİYAYA HÜCUM ETDİ – RƏSMİ AÇIQLAMA

    30

    Hurriyyet.org xəbər verir ki, İsrail ordusu Suriyada hökumət qüvvələrinə məxsus hərbi məntəqəni vurduğunu bəyan edib. İsrail ordusunun yazılı açıqlamasına görə, Suriya qüvvələri tərəfindən atılan topun İsrail ilə Suriya sərhədindəki bufer zonasına düşməsi nəticəsində sərhəddə olan İsrail hərbçiləri Suriyanın hərbi nöqtəsinə atəş açıblar.

    Açıqlamada insan itkisinin olub-olmadığı barəsində məlumat verilmir, İsrail ordusunun Suriyanın daxili müharibəsinə müdaxilə eləmədiyi bildirilir və deyilir: “Lakin 1974-cü ildə imzalanmış, Qüvvələrin Geri çəkilmə Müqaviləsinə riayət eləməyə davam edəcəyik”.

    İsrailin 1967-ci ildəki Altı Gün müharibələri zamanı Golan təpələrini işğal eləməsindən sonra 1973-cü ildə İsrail və Suriya arasındakı müharibədən sonra Suriya, regionun 5 faizini geri alıb. İki ölkə arasında 1974-cü ildə yaradılan bufer zonasında yerləşdirilmiş UNDOF, İsrail və Suriya arasındaki Qüvvələrin Geri çəkilmə Müqaviləsinə nəzarət üçün burada fəaliyyət göstərir. 2018-ci ilim aprelindən bəri UNDOF missiyasında Fici, İralandiya, Hindistan, Nepal və Qanadan olan 1112 nəfər sülhməramlı xidmət edir.

    Hurriyyet.org