İsrail Suriyanı BOMBALADI

3

Hurriyyet.org xəbər verir ki, Fələstinin “İslam cihadı” hərəkatının Suriyada ərazisində fəaliyyət göstərən obyektləri İsrail aviasiyasının hava hücumuna məruz qalıb.

İsrailin müdafiə ordusunun mətbuat katibi Aviçay Adrae bildirib ki, zərbələr Dəməşqin yaxınlığındakı, Fələstin hərəkatının “qalası” hesab edilən Ədliyyə rayonuna endirilib.

SANA informasiya agentliyinin məlumatına görə, ölkənin hava hücumundan müdafiə sistemləri  İsrail ordusunun hücumlarını dəf ediblər.

Agentliyin verdiyi xəbərə görə, İsrail hərbçiləri işğal edilmiş Golan təpələri ərazisindən Suriya ərazilərinə raket zərbələri də endiriblər.

Hurriyyet.org