İsrail Əsədi öldürməklə hədələdi: “Kəşfiyyat yerini müəyyənləşdirəcək və…”

    18

    İsrail Suriya prezidenti Bəşər Əsədi rəsmən ölümlə təhdid edib.

    Hurriyyet.org strateq.az-a istinadən bildirir ki, bu barədə İsrailin enerji naziri Yuval Steynitz açıqlama verib.

    O, bildirib ki, İsrail indiyə qədər Suriyadakı daxili savaşa müdaxilə etməyib: “Ancaq əgər Bəşər Əsəd İranın Suriya ərazisində əməliyyat keçirməsinə icazə verməyə davam edərsə, o zaman İsrail kəşfiyyatı onun yerini müəyyənləşdirəcək və üstəlik, rejimi də devirəcək”.

    “Reuters” İsrailli nazirin bu təhdidinin Əsədin öldürülməsi anlamına gəldiyini yazıb.