İsrail qondarma “erməni soyqırımı” iddiasını niyə səsverməyə qoymadı?

    12

    Hurriyyet.org xəbər verir ki, İsraildə qondarma “erməni soyqırımı”nın səsverməsi məsələsinin səsverməyə çıxarılmasının niyə baş tutmadığı barəsində açıqlama verilib.

    İsrail parlamentinin üzvü Tamar Zandberq xəbər verib ki, “soyqırımı”nın tanınması barəsində təklif hakim koalisiya tərəfindən dəstəklənmədiyi üçün səsverməyə qoyulmayıb. Məsələnin plenar iclasda müzakirəsi çərşənbə axşamı baş tutmalı olsa da, artıq qeyri-müəyyən vaxta qədər təxirə salınıb. Solçu “Merets” partiyasının lideri olan Tamar xanım sosial şəbəkədəki açıqlamasında yazıb: “Vədlərə və süründürmələrə, Türkiyədə seçkilərin artıq keçirildiyinə baxmayaraq, hökumət və koalisiya erməni soyqırımını tanımaqdan imtina edir. Ona görə də, ürəyim istəmədən səsverməni ləğv eləməyə məcburam”.

    İdeya təşəbbüskarları İsrail ilə Türkiyə arasındakı diplomatik münasibətlərin gərginləşməsindən – ikitərəfli şəkildə səfirlərin və baş konsulların geri çağrılmasından yararlanmağa çalışırdılar. Diplomatik böhranın səbəbi isə, Ankaranın Qəzza sektoru sərhədində İsrail hərbçiləri ilə toqquşma zamanı onlarla fələstinlinin ölümünündən hiddətlənməsi olub.

    Hurriyyet.org