İsrail prezidenti Fələstin liderini təbrik etdi

    6

    İsrail Prezidenti Reuven Rivlin Fələstin lideri Mahmud Abbası müsəlmanların müqəddəs Ramazan ayı münasibətilə təbrik edib.

    Hurriyyet.org Trend-ə istinadən xəbər verir ki, bazar ertəsi İsrail Prezidenti M.Abbasa zəng edib. Telefon danışığı zamanı R.Rivlin Fələstin Dövlətinin rəhbərini sağalması və müqəddəs Ramazan ayınını başlaması münasibətilə təbrik edib.

    M.Abbas təbrikə görə İsrail rəhbərinə minnətdarlığını bildirib.

    Qeyd edək ki, M.Abbas mayın sonunda xəstəxanadan evə buraxılıb. O, ağciyər iltihabından müalicə alırdı.