İsrail ordusunun Baş Qərargah rəisi Aviv Kochavi və iki general koronavirus tədbirləri ilə karantinə alınıb.
Hurriyyet.org avropa.info-ya istinadən xəbər verir ki, İsrail ordusundan edilən yazılı açıqlamada 10 gün əvvəl Baş Qərargah rəisi Kochavinin qatıldığı iclasda iştirak edən bir hərbçinin kovid-19 testi pozitiv çıxdığı üçün bu tədbirə əl atılıb.
Bundan sonra Aviv Kochavi və toplantıda iştirak edən daha 2 general karantinə alınıb. Aviv Kochavi və daha 2 generalın yaxın günlərdə test ediləcəyinin bildirildiyi açıqlamada, onların ofislərində qarantinə alındıqları qeyd olunub.
Xatırladaq ki, 2 gün öncə kovid-19 testi pozitiv çıxan İsrailin baş naziri Bünyamin Netenyahu da qarantinə alınıb.