İsrail mətbuatı XİN-in yaydığı yalan xəbəri ifşa etdi – “İŞTİRAK ETMƏYİBLƏR”

    6

    Hurriyyet.org xəbər verir ki, İsrailin Xarici İşlər Nazirliyinin yaydığı, Amerikanın Tel-Əvivdə yerləşən səfirliyini Qüdsə köçürülməsi mərasimində 32 ölkənin iştirak etdiyi xəbərinin doğru olmadığı bəlli olub.

    İsrail XİN İsrail mətbuatına mərasimdə 32 ölkənin nümayəndəsinin iştirak etdiyini bildirən siyahı təqdim eləsə də, sadəcə 22 ölkənin təmsil edildiyi aşkar olub.

    Mərasimdə iştirak elədiyi bildirilsə də, iştirak eləməyən ölkələr bunlardır: Fil Dişi Sahili, Salvador, Panama, Peru, Filippin, Serbiya, Cənubi Sudan, Tailand, Ukrayna, Albaniya və Vyetnam.

    İsrail Xarici İşlər Nazirliyinin mərasimdə iştirak eləməyi qərara alan ölkələrin siyahısını niyə olduğundan çox göstərməsinin səbəbi bilinmir.

    Hurriyyet.org