İSRAİL FUTBOL KLUBUNA TRAMPIN ADI VERİLDİ

    12

    Hurriyyet.org xəbər verir ki, İsrailin güclü futbol klublarından biri olan, Qüdsün “Beytar” komandası ABŞ prezidenti Donald Trampın şəhər qarşısındakı xidmətlərinə görə, adını dəyişdirmək qərarını verib.

    Qərara görə, komanda bundan sonra “Beytar Tramp Yerusəlim” adlandıracaq. Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması özünü şəhərin simvolu hesab edən “Beytar” klubunun heyətində minnətdarlıq hissi yaradıb.

    Mətbuata verilən açıqlamada deyilir: “Klubun sahibi və sədri Eli Tabib icraçı direktor Eli Oxana ilə birlikdə qərara alıblar ki, klubun adına tarix yazmış ABŞ prezidentinin adını əlavə eləsinlər”.

    Hurriyyet.org