İsrail Azərbaycanın maraqlarını nəzərə aldığı üçün ermənilərin arzusunu ürəyində qoydu

    3

    Qondarma "erməni soyqırımı" məsələsi bir çox ölkələrin əlində Türkiyəyə təzyiq etmək üçün alətə çevrilib

    Özlərini "insan hüquq və azadlıqlarının, demokratiyanın keşikçici" sayan Qərb dövlətləri nədən Xocalı soyqırımı kimi dəhşətli faciənin üzərindən sükutla keçirlər?

    Ermənilər tarixi saxtalaşdırmağı və bəzi ölkələri öz iyrənc yalanlarına inandırmağı çox gözəl bacarırlar. Məsələnin maraqlı tərəfi ondadır ki, onlar məqsədlərinə çatmaqdan ötrü əsasən əndamlı qadınlarından istifadə edirlər. Belə ki, erməni millətindən olan qədim peşənin mənsubları burcuda-burcuda, əzilə-bükülə dünyanın inkişaf etmiş xristian ölkələrinin rəhbərlərinin qoynuna girir və sonda Ermənistanın maraqlarına cavab verən ən önəmli qərarların çıxarılmasına nail olurlar. Misal kimi, dünyaca məşhur erməni porno ulduz Kim Kardaşyanı göstərmək olar.

    Belə ki, o, bu ilin aprel ayında özünün "Twitter" səhifəsində qondarma "erməni soyqırımı"nın 103-cü ildönümü ilə bağlı şəkil və yazı paylaşıb. Bununla yanaşı, Kardaşyan çıxışı zamanı "erməni soyqırımı" deməyən ABŞ prezidenti Donald Trampa da müraciət edib: "Ümid edirəm ki, ABŞ da digər ölkələr kimi erməni soyqırımını qəbul edə bilər. Heç vaxt unutmayın". Qeyd edək ki, erməni porno ulduzun bu müraciətindən təxminən, bir ay sonra ABŞ prezidenti Donald Tramp Kim Kardaşyanı Ağ Evdə qəbul edib. Tramp iş otağında Kardaşyanla çəkilmiş fotonu "Twitter"dəki profilində paylaşaraq bunları yazıb: "Həbsxanalarla bağlı islahatları, məhkəmə hökmlərinin verilməsi ilə bağlı situasiyanı müzakirə etdik".

    Gördüyünüz kimi, Ermənistan haqsız olduğu halda özünü haqlı kimi qələmə vermək, dünyanı iyrənc yalanlarına inandırmaq məqsədiylə bütün yollara baş vurur, hətta qədim peşə mənsublarının xidmətlərindən belə, yararlanmağa çalışır. Ümumiyyətlə, tarix boyu dəfələrlə bu cür alçalcıdı üsullara əl atan Ermənistan əsasən də Rusiya və Fransa ilə münasibətlərini məhz erməni qadınlarının iri əndamları sayəsində bu qədər sıcaq tutmağa müvəffəq olub. Elə buna görə də Rusiya birinci Qarabağ savaşında Ermənistana maddi, mənəvi və hərbi dəstək verib. Fransiya isə uzun illərdir ki, siyasi arenada rəsmi İrəvanın yanında olduğunu açıq şəkildə sərgiləməkdədir. Belə ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərindən olan Rusiya və Fransa 1994-cü ildən bu günədək aparılan danışıqlarda dolayı yollarla Qarabağ münaqişənin məhz Ermənistanın maraqları çərçivəsində həll olunmasına, Azərbaycanın isə alçaldıcı sülh müqaviləsinə imza atmasına çalışırlar. Son illər adıçəkilən ölkələr Ermənistanla bağlı planlarını elə formada həyata keçirirlər ki, artıq onların niyyətlərini anlamamaq mümkün deyil. Çünki hər şey göz önündədir.

    Onu da qeyd etmək lazımdır ki, qondarma "erməni soyqırımı" məsələsi artıq bir çox ölkələrin əlində qonşu və qardaş Türkiyəyə təzyiq etmək, ondan qisas almaq üçün bir alətə çevrilib. Diqqət yetirsəniz görərsiniz ki, Qərb dövlətlərinin bir çoxu güclü, hərtərəfli inkişaf etmiş və müstəqil siyasət yeridən Türkiyənin varlığından ciddi narahatlıq keçirir. Elə bu səbəbdən də son zamanlar qardaş ölkəyə qarşı edilən basqıların əhatə dairəsi xeyli genişlənib. Qondarma "erməni soyqırımı" məsələsi isə həmin dövlətlərin əlinə düşmüş bir fürsətdir. Yəni onlar bu yolla Türkiyəyə qarşı təzyiqləri artırmağa, onun beynəlxalq nüfuzuna xələl gətirməyə çalışırlar. Bu, həmin Qərb dövlətləridir ki, özlərini "insan hüquq və azadlıqlarının, demokratiyanın keşikçici" saymaqla bərabər, hər vəclə Türkiyənin Avropa Birliyinə daxil olmasına süni maneələr yaradır, Xocalı soyqırımı kimi dəhşətli faciənin üzərindən sükutla keçir, lakin qondarma "erməni soyqırımı" iddiaları ilə dünyanı türklərə qarşı istiqamətləndirirlər. Bununla da onlar demokratik prinsiplərə tüpürərək məhz Ermənistana qarşı tərəfkeşlik nümayiş etdirirlər. Rəsmi Ankar isə öz növbəsində, dəfələrlə tarixi sənədləri, arxivlərini açmağa hazır olduğunu və qondarma "erməni soyqırımı" məsələsinə nöqtə qoyulması istiqamətində əlindən gələni əsirgəməyəcəyinə dair söz verib. Lakin həm Ermənistan, həm də onun havadarları buna maraq göstərmirlər. Çünki tarixi sənədlər, arxiv materialları onların dediklərinin əksini sübuta yetirir.

    Yeri gəlmişkən, nəzərinizə çatdıraq ki, ara-sıra İsrail hökuməti də Türkiyəyə təzyiq göstərmək məqsədiylə qondarma "erməni soyqırımı" kartında yararlanmağa çalışır. Belə ki, bu ilin may ayının 24-də İsrail parlamentinin deputatları Türkiyə ilə münasibətlərin kəskinləşməsi fonunda qondarma "erməni soyqırımı"nın tanınması məsələsini geniş müzakirəyə çıxarmağı qərara almışdılar. Bu barədə Knessetin mətbuat xidmətinin yaydığı məlumatda deyilirdi ki, əvvəlki illərdə irəli sürülərək qarşısı alınan təşəbbüslərdən fərqli olaraq, qərar bu dəfə hökumət tərəfindən etirazla qarşılanmayıb. Lakin bunun üzərindən bir neçə gün keçdikdən sonra İsrail parlamentinin spikeri Yuliy Edelşteyn qondarma "erməni soyqırımı"nın tanınması ilə əlaqədar qərar layihəsini gündəlikdən çıxarıb. Bununla bağlı "The Jerusalem Post" qəzetində yayımlanan məlumata əsasən, sənəd Knessetdə qeyri-münasib vəziyyət yaranması məqsədilə gündəlikdən çıxarılıb. Bu isə o deməkdir ki, İsrail digər ölkələrdən fərqli olaraq erməni yalanlarına uyaraq Türkiyə ilə münasibətlərinin daha da korlanmasına razı olmadı, o cümlədən Azərbaycanla olan sıcaq ilişkilərinə xələl gətirmək istəmədi. Təxminən, eyni mövqedən çıxış edən politoloq İlqar Vəlizadə isə İsrailin növbəti dəfə qondarma "erməni soyqırımı"nın tanınması ilə bağlı layihəni geri çevirməsinə münasibət bildirərkən qeyd edib ki, "genosid" sözünün həqiqi dəyərini bilən cəmiyyət növbəti dəfə bundan böyük siyasətdə sövdələşmə vasitəsi kimi istifadə etməkdən imtina etdi. O bildirib ki, İsrail yalanı həqiqət kimi tanımağı əxlaqsızlıq, özünün əxlaq anlayışı ilə uyğun gəlməyən bir addım hesab etdi: ""Erməni soyqırımı"ndan Türkiyəyə qarşı çomaq olaraq istifadə edən Avropa siyasətçiləri hansı əxlaqdan danışa bilərlər? Türklərə və kürdlərə də toxunan bir faciədən siyasət aləti kimi istifadə edilirsə, ümumiyyətlə, əxlaq anlayışı arxaya atılır demək. İsraildən öyrənmək lazımdır".

    Bu arada, sözügedən mövzu ilə bağlı "Şərq" qəzetinə açıqlama verən politoloq Tofiq Abbasov isə İsrail parlamentində qondarma "erməni soyqırımı"nın məhz Azərbaycana görə tanınmadığını vurğulayıb: "Yəhudi deputatların əksəriyyəti qərarın qəbul olunmasının əleyhinə çıxıb və bunun İsrail-Azərbaycan münasibətlərinə xələl gətirəcəyini söyləyib. İsrail siyasiləri Türkiyəyə qarşı xoşagəlməz, dağıdıcı addım atarlarsa, bu, Azərbaycanın da maraqlarına toxunacaq. Azərbaycanın dünya siyasətində, bölgədəki siyasi proseslərdə mövqeyi danılmazdır. Azərbaycan Ermənistan kimi əhəmiyyətsiz dövlət olsaydı, beynəlxalq arenada mövqeyi olmasaydı, İsrail siyasiləri kəskin həmlə edərək, qondarma erməni soyqırımını tanıyardı. Onlar Türkiyəyə mənfi münasibətini bu şəkildə ifadə edirlər. Amma burada Azərbaycan amilinin olması prosesin vaxtında dayandırılmasına, İsrailin mövqeyinin dəyişməsinə səbəb oldu". Söz yox ki, İsrail parlamentinin qondarma "erməni soyqırımı"nı məhz Azərbaycana görə tanımaması ilə bağlı deyilənlər həqiqəti əks etdirir. Çünki İsrail rəsmiləri müxtəlif vaxtlarda bununla bağlı verdiyi açıqlamalarında Azərbaycanın mövqeyini nəzərə aldıqlarını xüsusi olaraq vurğulayıblar. Məsələn, ötən ilin dekabr ayında RTV1 telekanalına müsahibə verən İsrailin müdafiə naziri Aviqdor Liberman ölkəsinin "erməni soyqırımı"nı Azərbaycana görə tanımadığını bəyan edib. Veriliş zamanı aparıcının "Bəzi beynəlxalq təşkilatlar Türkiyəyə təzyiq etmək məqsədilə İsraili "erməni soyqırımı"nı tanımağa çağırırlar, siz buna necə baxırsınız" sualına cavab olaraq, İsrailin müdafiə naziri bildirib ki, "Bu, hər şeydən əvvəl, tarixi, həm də, mübahisəli məsələdir. "Erməni soyqırımı" ilə bağlı İsrailin mövqeyi dəyişməzdir". Liberman xüsusilə qeyd edib ki, İsrailin qondarma "erməni soyqırımı"nı tanımaması birbaşa olaraq ölkəsinin Azərbaycanla münasibətləri ilə bağlıdır: "Sözsüz ki, Azərbaycanla əlaqələrimiz bizim üçün daha vacibdir".

    Bundan başqa, həm Liberman, həm də İsrailin digər rəsmi şəxsləri dəfələrlə, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyinin haqlı olduğunu, bu səbəbdən də rəsmi Bakını yanında olduqlarını bildiriblər. Ümumiyyətlə, İsrail çox gözəl bilir ki, qondarma "erməni soyqırımı"nın tanınması Türkiyə ilə yanaşı, Azərbaycanın da mənafelərinə toxunacaq. Azərbaycanın maraqlarına toxunacaq hər hansı addımın atılması isə sonda rəsmi Bakı ilə körpülərin yandırılmasına gətirib çıxaracaq. Bu isə İsrail üçün arzuolunan hal deyil. Çünki bu gün Azərbaycanla İsrail arasında dostluq münasibətləri mövcuddur və hər iki ölkə arasındakı ciddi əlaqələr qarşılıqlı maraqlara söykənir. Odur ki, tərəflərin hər biri münasibətlərin davamı, əlaqələrin pozulmaması üçün digərinin maraqlarını nəzərə almağa borcludur.

    Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org