“İsrail Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyir” – SƏFİR

21

“İsrail Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyir”.

Hurriyyet.org xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik bu gün keçirdiyi mətbuat konfransında deyib.

"Biz münaqişənin nə olduğunu və nəticələrini yaxşı bilirik. İsrail ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərini dəstəkləyir. Dağlıq Qarabağ münaqişəsi sülh və dialoq yolu ilə həll olunmalıdır. Tərəflər arasında əldə olunan razılaşmaya İsrail tərəfi də hörmət edəcək”, – deyə C. Dik vurğulayıb./apa/