İsrail “Azadlıq donanması”nı mühasirəyə aldı – TƏCİLİ

    3

    İsrail “Mavi Mərmərə” şəhidlərinin xatirəsinə Qəzzadan dənizə çıxan və aralarında “Hürriyyət” gəmisinin də olduğu “Azadlıq donanması”nı mühasirəyə alıb.

    Hurriyyet.org axar.az-a istinadən xəbər verir ki, bu barədə “Əl-Cəzirə” yazıb.

    2010-cu ilin mayında 10 nəfərin öldürüldüyü “Mavi Mərmərə” gəmisinə edilən hücumun ildönümündə İsrailin 12 ildir tətbiq etdiyi dəniz blokadasını qırmaq üçün Qəzzadan bir gəmi və çox sayda qayıq dənizə çıxıb. “Əl-Cəzirə”nin məlumatına görə, İsrailin döyüş gəmiləri sözügedən “Azadlıq donanması”nı mühasirəyə alıb.

    Gəmidə xaricə müalicə və təhsil almaq üçün gedən gənclərin üstünlük təşkil etdiyi və yaralıların olduğu bildirilir.