İsrail Əsədin, İranın və “Hizbullah”ın hədəflərini havadan və dənzidən vurdu – 4 nəfər həlak oldu, 50 nəfərdən artıq yaralı var

    24

    Hurriyyet.org xəbər verir ki, Suriyanın rəsmi SANA agentliyinin verdiyi məlumatda iyulun 1-nə keçən gecə İsrailin paytaxt Dəməşq şəhərinin ətrafına güclü zərbələr endirdiyi bildirilir. Hücum nəticəsində dörd nəfər dinc sakin həlak olub, təxminən 50 nəfər yaralanıb.

    Xəbərdə qeyd edilir ki, Suriya ordusunun Hava Hücumundan Müdafiə Sistemləri paytaxta endirilən zərbələri dəf eləmək üçün işə salınıb. Raket zərbələrinin İsrailin müdafiə ordusu və Hərbi Dəniz Qüvvələrinin gəmiləri tərəfindən endirildiyi bildirilir.

    Атака Израиля на Сирию

    Mərkəzi ofisi Londonda yerləşən Suriya İnsan Hüquqlarını Müşahidə Məntəqəsinin bildirdiyinə görə, hücumun hədəfləri Bəşər Əsəd hökumətinin, İranın və Livanın “Hizbullah” təşkilatının hərbi obyektləri olub.

    Израиль нанес мощные авиаудары по Сирии: 4 жертвы и более 50 пострадавших

    “Warjournal” adlı Teleqram kanalında bildirilir ki, Dəməşq səmasında üç raket ələ keçirilib. İsrailin Hərbi Hava Qüvvələrinin hücumu Livanın hava məkanından həyata keçirilib.

    İsrailin müdafiə ordusu hələlik bu informasiya barəsində şərh verməyib.

    Hurriyyet.org

    Атака Израиля на Сирию