İsrail və Birləşmiş Ərəb Əmirlikləri birlikdə kibertəhlükələrə qarşı mübarizə aparacaq

72

BƏƏ və İsrail öz milli onlayn şəbəkələrinə qarşı yaranan təhdidləri bölüşdükləri bəyan ediblər.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə İsrailin Kibertəhlükəsizlik üzrə milli idarəsinin rəhbəri İqal Unna BƏƏ-li həmkarı Məhəmməd Əl-Küveyti ilə apardığı onlayn konfransda bildirib.

İsrail və Birləşmiş Ərəb Əmirlikləri arasında rəsmi münasibətlərin qurulması kibertexnologiyalar üzrə ikitərəfli sazişlərin də imzalanması prosesini sürətləndirib. Bununla bağlı İsrailin BƏƏ-yə texnologiya ixracatının 6,5 milyard dollar həcmində olacağı deyilir.

Məhəmməd Əl-Küveyti BƏƏ-nin onlayn-sabotajlar üçün potensial açıq məkanlardan biri olduğunu, bu səbəbdən də İsraillə münasibətlərin normallaşmasını öz hökumətləri üçün “irəliyə doğru bir addım” kimi qəbul etdiklərini bildirib.

Qeyd edək ki, hələ ötən il BƏƏ kibertəhlükəsizlik bazarını 490 milyon dollar həcmində qiymətləndirmişdi.